“Azadlıq” qəzetinin növbəti təxribatı...
13.10.2012 [18:29]
“Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan şəxslərin, o cümlədən, hakim partiyadan olan millət vəkillərinin Gülər Əhmədova barəsində dediyi sözlər təhqir yox, tənqiddir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Gülər Əhmədovanın sosial şəbəkədə yaydığı müraciətə münasibət bildirərkən deyib. M.Qurbanlı bildirib ki, Gülər Əhmədova həmin video hadisəsindən sonra özü istefa verib. Bu gün hər kəsin azad cəmiyyətdə yaşadığını deyən YAP İcra katibinin müavini vurğulayıb ki, ölkədə mətbuat da azad fəaliyyət göstərir.
“Mətbuatın sualını cavablandırmaq isə borcumuzdur. Bu məsələ ilə bağlı ayrı-ayrı deputatlara, partiyanın rəhbərliyində olan şəxslərə suallar verilib. Onlar isə heç bir təhqiredici fikir səsləndirmədən öz münasibətlərini açıqlayıblar. Amma müxalifətin radikal qanadının təsiri altında olan mətbuat orqanlarında, xüsusilə, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində Yeni Azərbaycan Partiyasının üzvü olan şəxslərin hadisə ilə bağlı dediyi fikirlər bəzi hallarda təhrif olunur. Burada da məqsəd qızışdırıcılıq, qarşıdurma yaratmaq, müxtəlif vasitələrlə bu mövzunu daha çox gündəmdə saxlamaq məqsədi daşıyır. Biz bununla bağlı fikirlərimizi dedik, dəfələrlə yenidən bu fikirlərə, söhbətlərə qayıtmağa ehtiyac yoxdur. Gülər Əhmədova da özü artıq sosial şəbəkələrdə hansısa məsələlərə reaksiya vermədiyini bildirir. Axrıncı reaksiyasına da cavab olaraq deyirəm ki, bütün çıxışlar götürülüb baxıla bilər və onların heç birində təhqir yoxdur”, - deyə M.Qurbanlı əlavə edib.
YAP-ın İcra katibinin müavini “Azadlıq” qəzetinin dünənki sayında dərc olunan məsələyə də münasibətini açıqlayıb. M.Qurbanlı qeyd edib ki, “Azadlıq” qəzeti onun fikrilərini həyasızcasına təhrif edib: “Obyektiv TV”-yə müsahibə vermişəm. Lakin bu müsahibə yalnız Gülər Əhmədova ilə bağlı deyil, müxalifətin radikal qanadının mitinq keçirməsinə, mitinqə çağırışı ilə əlaqədar mövqeyimizin öyrənilməsinə həsr olunub. Geniş müsahibədə müxtəlif məsələlərə toxunmuşam, o cümlədən, Gülər Əhmədova ilə əlaqədar yaranmış situasiya ilə bağlı sualı cavablandırmışam. Lakin “Azadlıq” qəzetində Natiq adlı birinin imzası ilə çox yaramaz bir hərəkətə yol verilib. Mənim adımdan olmayan bir ifadə yazılıb. Guya mən bu müsahibədə Gülər Əhmədovanı aşağılayan hansısa bir ifadə işlətmişəm. Ümumiyyətlə, leksikonumda belə bir ifadə heç bir zaman olmayıb. Bu məsələ ilə əlaqədar birmənalı təkzib bildirirəm. Mənim “Obyektiv TV”-dəki çıxışım oradadır və istənilən vaxt hər kəs baxa bilər. Əgər “Azadlıq” qəzetinin rəhbərliyində olan şəxslərin gözləri kor, qulaqları kar deyilsə, buna açıq baxsınlar ki, o müsahibədə hansısa təhqir ifadəsi işlətmişəm, ya yox. Mən obyektiv adamam və obyektiv fikirlərimi demişəm. Hansısa çıxışımda kimisə aşağılayan bir fikir səsləndirməmişəm. O termini heç dilimə gətirmək istəmirdim, amma qəzet yazır ki, guya mən parazit sözü işlətmişəm. Bu termini heç bir zaman istifadə etməmişəm və indiyə qədər də hansısa çıxışımda buna heç kim rast gələ bilməz. Ona görə də, bu məsələ ilə bağlı “Azadlıq” qəzetinin səhifəsini hazırlayanlara etirazımı bildirirəm. Qızışdırıcılıqla məşğul oldunuz kifayətdir. Onsuz da siz Azərbaycanda qızışdırıcılıq və şər-böhtan yuvası hesab olunursunuz. Bununla əlaqədar onlara rəsmi də yaza bilərdim. Ancaq onlar buna layiq deyillər. Çox istərdim ki, bu mövqeyim çatdırılsın və bilinsin ki, mən təhqiramiz ifadələr işlətmirəm. Həmin çıxışım da olduğu kimi “Obyektiv TV”-də qalıb. Bununla bağlı “Obyektiv TV” rəhbərliyinə öz fikrimi çatdırdım. Onlar da çox təəccübləndilər ki, olmayan bir şeyi necə qəzet səhifəsinə çıxartmaq olar”.
P.S. Yeri gəlmişkən, “Azadlıq” qəzeti əsassız olaraq Mübariz Qurbanlının adından bu fikri yazmışdır: “Azərbaycan yetişmiş almaya bənzəyir ki, ona mütləq qurd düşər. Bir parazit üzündən meyvəni atmayacağıq ki”.
Qeyd edək ki, “Azadlıq” qəzetində yer alan fikirlər Mübariz Qurbanlının nə dünyagörüşünə, nə də siyasi leksikonuna uyğundur. M.Qurbanlı həmişə, bütün məsələlərdə, o cümlədən, KİV-lərə açıqlamasında müvafiq etika qaydalarına xüsusi həssaslıqla yanaşıb, heç kəsin ünvanına təhqir səsləndirməyib. Ona görə də, tam məsuliyyətlə deyə bilərik ki, “Azadlıq” qəzetinin yazdığı fikirlər tamamilə təxribat xarakterlidir və bu fikirlərin Mübariz Qurbanlıya heç bir aidiyyəti yoxdur. Sözügedən müsahibəyə baxan hər kəs bunun şahidi ola bilər. Bu, bir daha onu göstərir ki, “Azadlıq” qəzeti hər fürsətdə təxribata əl atır, yaydığı dezinformasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir, jurnalistika adı altında başqa gizli niyyətlərin reallaşmasına xidmət edir. Təbii ki, Azərbaycan cəmiyyəti qəzetin belə təxribatçı fəaliyyətinə bələd olduğundan bu KİV-də yer alan heç bir məlumata etibar etmir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

