Ali missiyamızın tamamlandığı tarix!
20.09.2024 [11:06]
Suverenlik Günü dünənimizin təsdiqi, bu günümüzün qüruru, sabahımızın ümididir...
2023-cü il antiterror tədbirləri 35 il davam etmiş ədalətsizliyi, işğalı və haqsızlığı aradan qaldırdı. 1988-ci ildən erməni separatizminin qurbanına çevrilmiş Xankəndi şəhəri, 1992-ci ilin qanlı 26 fevralında zülmə və soyqırımına uğrayan Xocalı, o cümlədən Ağdərə, Xocavənd və başqa ərazilərimiz separatizmin cəngindən xilas edildi. 23 saat davam etmiş antiterror tədbirləri 35 illik Xankəndi həsrətinə son qoydu - suverenliyimiz bərpa edildi!
Ən vacib tarix
Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü rəsmiləşdi - Azərbaycanın dövlət suverenliyini bərpa edən Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 noyabr Suverenlik Günü kimi şanlı tariximizdə yer alacaq.
Tarixi qanunauyğunluq yaşanır: 23 saata bərpa edilmiş suverenliyimizin tarixi mahiyyəti 100 illərlə xatırlanacaq, yaşayacaq və unudulmayacaq. İmzalanan Sərəncamdan sitat: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir”.
Milli yaddaşımızın ən qanlı parçalarından olan Qarabağın işğal dövrü məhz bu Sərəncamın mahiyyəti ilə xarakterizə olunur, tarixə həkk edilir. Tarix unudulmur - amma heç bir ədavət və ya düşmənlik əbədi davam etmir. Bu günün təsis edilməsi, bu Sərəncamın imzalanması Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, 33 illik tariximizdə çəkilən əziyyətlərin, yaşanan məşəqqətlərin, məhrumiyyətlərin, uğradığımız beynəlxalq ədalətsizliyin və nəhayət, xalqımızın qətiyyətinin, müstəqilliyimizin dönməzliyi uğrunda aparılan mübarizənin imzalanan rəsmidir. Prezident İlham Əliyev şərəf tariximizin ən vacib, hətta müstəqilliyimizə tən olan məqamını yaddaşımızın məhək daşına çevirdi.
Müstəqilliyimiz əsl məzmununu qazandı
Azərbaycan dövləti məhz bu gündə - 2023-cü ilin 19-20 sentyabrında özünün ali missiyasını tamamladı. 1991-ci ildən yol alan müstəqilliyimiz özünün əsl məzmununu qazandı. Suverenliyimizin bərpasına uzanan yol keşməkeşli oldu:
- Uzun illərə söykənən diplomatik fəaliyyət, yaranan beynəlxalq situasiyalarda davranış qaydaları, düzgün və hədəfə irəliləyən xarici siyasət kursu;
- Hərbi gücün möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması;
- Daxili iqtisadi gücün təmərküzləşdirilməsi;
- Müasir dünyaya açılış, müasir innovasiyaya açıq olmaq;
- Milli həmrəyliyin gücləndirilməsi;
- Paralel olaraq ölkədə siyasi birliyin təmini;
- Sabitlik və inkişaf;
- Milli maraqlar ətrafında səfərbərliyin təmini...
Bu siyahını daha da uzatmaq olar. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yorulmadan, fasiləsiz, qətiyyətlə apardığı siyasi kurs səbr və inkişaf nümunəsinə çevrildi - xalqına, milətinə inam, qarşılıqlı etimad, hörmət və sevgi ən nəhayətində öz bəhrəsini verdi. 20 sentyabr tarixi TARİX oldu - Prezident İlham Əliyevin müvafiq Sərəncamında deyilir: “Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.
Azərbaycan son 4 ildə dünyanın gözü qarşısında tarixin gediş məcrasını dəyişdi - Özünün suverenliyini bərpa etməklə yanaşı, böyük güclərin 30 il oyun meydançasına çevirdiyi Cənubi Qafqazın xilaskarı oldu. Beləliklə, yeni dövr üçün yeni tarix başlayır - bu, Azərbaycan tarixi olmaqla yanaşı, Azərbaycanın yaratdığı tarixdir!!!
Bütövlük rəmzi...
Müstəqillik milli sərvətdir - onun əbədiliyinin təmin edilməsi isə ümumxalq vəzifəsidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə qoruduğu, uçurumdan xilas etdiyi, əbədiliyini təmin etdiyi müstəqilliyimiz bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyur - artıq işğal yoxdur, artıq “münaqişə” yoxdur, artıq “separatizm” yoxdur və nəhayət, artıq bütöv, suveren, yeni dünyanın yeni siyasi-iqtisadi aktoru olan Azərbaycan var. Ağır imtahanlardan çıxan xalqımız və dövlətimiz Silahlı Qüvvələrimizin Qarabağ uğrundakı savaşda açdığı cığırı geniş, abad, müasir yollara çevirir. Suverenliyimizin bərpası həm də bütövlüyümüzün rəmzidir. Bütövlüyümüz isə bizim ən böyük milli sərvətimizdir. Prezident İlham Əliyevin imzaladığı tarixi Sərəncamda göstərilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Bütövlüyümüz həm coğrafi, həm mənəvi, həm də siyasi mahiyyət daşımaqdadır. Biz artıq dünya miqyasında adı xüsusi hörmət və ehtiramla çəkilən bir dövlət kimi tanınırıq - son 100 ildə ilk dəfə olaraq itirilən torpaqlarını geri qaytaran bir dövlət kimi...
Biz ədalət simvolu sayılırıq - qalibiyyəti ilə sülh və humanizm gətirən bir dövlət kimi...
Biz inkişaf nümunəsi saylırıq - 30 ildə digər dövlətlərin 100 ilik inkişaf tarixinə bərabər yol gedən dövlət kimi...
Biz qətiyyət və qürur nümunəsi sayılırıq - əzmini itirməyən, səbrlə Zəfərə gedən yolunu təqib edən bir dövlət kimi...
Nəhayət, biz qurucu dövlət nümunəsi sayılırıq - barbarların təcavüzünə məruz qalmış torpaqlarını işğaldan azad etdikdən sonra ən qısa zamanda abad, yeni və müasir şəhərlərini, kəndlərini qurmuş dövlət kimi...
Suverenliyin bərpası həm də tarixi yaddaşın yenilənməsidir. Prezident İlham Əliyevin hər zaman bildirdiyi kimi, biz tariximizi unutmamalıyıq. Gələcək üçün səfərbər olanda keçmişimizi xatırlamalıyıq. Suvereliyimiz dünənimizin təsdiqi, bu günümüzün qüruru, sabahımızın ümidi olmalıdır. Bu tarixi günü qeyd edərkən bu uğurda çəkilən əziyyətləri, tökülən qanları unutmamalıyıq - SUVERENLİK GÜNÜN, SUVERENLİK BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!!!
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

