Azərbaycanın uğurları 2013-cü ildə də davam edəcək
30.12.2012 [13:27]
YAP Gənclər Birliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib
Dünən Bakı Əyləncə Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib. Tədbirdə partiyanın fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanın 2012-ci ili uğurla başa vurduğunu bildirib. Onun sözlərinə görə, bu uğurlar 2013-cü ildə də davam edəcək. Çünki 2013-cü ilin hər bir Azərbaycan ailəsinə, vətəndaşına faydalı olması üçün 2012-ci və ondan əvvəlki illərdə möhkəm təməl yaradılıb. “Bu mənada 2013-cü ilin hər birimizə uğurlu olması üçün lazım olan bütün əsaslar var. Digər tərəfdən, hesab edirəm ki, 2013-cü il həm də hər birimizdən böyük fəallıq, fədakarlıq, lazım gəlsə qəhrəmanlıq tələb edən bir ildir. Ona görə ki, 2013-cü ildə bütün Azərbaycan xalqı, o cümlədən gənclər ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində fəal iştirak edəcəklər. Biz bu seçkilərlə növbəti dəfə ilk növbədə, xalqımıza və bütün dünyaya bu həqiqəti çatdıracağıq ki, Azərbaycanda həyata keçirilən Heydər Əliyev siyasəti 1993-cü ildən bu yana xalqımıza daim xidmət göstərib. Bu xidmətin nəticəsində Azərbaycan köklü surətdə dəyişib, tamamilə yeniləşib və yeni bir Azərbaycanı yaratmaq, qurmaq mümkün olub. Bu gün ölkəmiz bütün parametrlərilə 1990-cı illərin Azərbaycanından köklü surətdə fərqlənir. İstər iqtisadi inkişaf, istər insanların rifahında baş verən müsbət dəyişikliklər baxımından, istərsə də Azərbaycanın yeniləşməsi, müasirləşməsi və dünyada rolunun, əhəmiyyətinin artması nöqteyi-nəzərindən ciddi dəyişikliklər baş verib. Bütün bunların ən böyük mənası ondan ibarətdir ki, insanlar da dəyişib, insanların şüurunda köklü dəyişikliklər baş verib, insanlarımızın dünyagörüşü dəyişib və müasir Azərbaycanın diqtə etdiyi şərtlərə uyğun gələn və müasir dövrün tələbləri ilə ayaqlaşa bilən insanlarımız formalaşıb”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
20 il ərzində Azərbaycanda bütünlüklə yeni bir gənc nəslin formalaşdığını xüsusilə qeyd edən Əli Əhmədov deyib ki, bu gün daha yaxşı təhsil almış, daha geniş dünyagörüşünə malik və dünyanı daha yaxından qavraya bilən və müasir dünyanın tələblərinə uyğun yaşamağı bacaran gənclər yetişib. Onun fikrincə, bu gənclər həm yaşlı nəsildən, həm də 20 il əvvəlki dövrdə olan nəsildən fərqlənirlər. Millət vəkili bunun sırasında daha rasional vətənpərvərliyi də ayrıca qeyd edib: “İndiki gəncliyimiz sadəcə sözdə, şüarlarda vətənpərvərlik nümayiş etdirmək istəmirlər. Onlar daha bilikli, daha işgüzar, daha müasirliyi ilə indiki həyatın gənc insanı ola bilmək bacarığı ilə vətənpərvərliyini nümayiş etdirirlər. Vətənpərvərlik şüardan ibarət deyil, vətənpərvərlik tələbənin yaxşı təhsil almasıdır, həqiqi vətənpərvərlik gənc bir insanın öz üzərinə düşən işləri layiqincə yerinə yetirməsidir. Bugünki gəncliyin vətənpərvərliyinin daha rasional olduğunu mən onda görürəm ki, onlar daha yüksək biliklər almağa meyillidirlər, çalışdıqları sahədə daha fəal olurlar, ictimai-siyasi həyatda daha fəal mövqe nümayiş etdirirlər. Bütün bunların hamısı ölkəmizdə yeni bir gənc nəslin yetişməsindən xəbər verir. Eyni zamanda, sevindirici haldır ki, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti bu mövqedədir”.
Əli Əhmədov bildirib ki, bu gənclərin böyük hissəsi YAP-ın üzvləridir. Partiyamızın sıralarında gənc insanların sayının gündən günə artdığını deyən İcra katibi hesab edir ki, bu, Azərbaycanda baş verən dəyişikliklərin gənc insanların düşüncə süzgəcindən keçərək onların gəldiyi qənaətdir. Yəni gənc insanlar dərindən düşünərək özlərinin uzun müddətli siyasi talelərini YAP-la bağlayırlar. Azərbaycanın siyasi həyatında YAP-ın üzvü kimi fəal mövqe nümayiş etdirmək istəyirlər. Bu da Azərbaycanda baş verən dəyişikliklərin bilavasitə nəticəsidir.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan gəncliyi baş verən dəyişikliklərin onların həyatında əks olunduğunu çox gözəl dərk edir. Onun sözlərinə görə, gənclərimizin yüksək təhsil alması üçün hökumətimiz çox böyük qayğı göstərir: “Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev gəncləri çox sevir və onların həyatının yaxşılaşması mümkün olan bütün imkanları səfərbər edib. Prezident İlham Əliyevin tapşırıqları nəticəsində gənclərimizin yüksək təhsil alması üçün hökumətimiz tərəfindən geniş proqramlar həyata keçirilir. Həm ölkəmizdə, həm də xaricdə yüksək səviyyəli təhsil almaları üçün onlara lazımi şərait yaradılır. Ölkəmizdə nə edilirsə, bu, Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşması deməkdir. Abad ölkədə yaşayan gənc bu məmləkətin vətəndaşı olmasından böyük qürur hissi keçirir. Gənclər bu duyğuları daha emosional şəkildə yaşayırlar. Çox maraqlı cəhət ondan ibarətdir ki, gənclərimiz həm də ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər. Ölkəmizin inkişafı üçün həyata keçirilən siyasətə dəstək verirlər. Bütün bunların hamısı Azərbaycan gəncliyinin xarakteristikasıdır”.
Bununla belə, YAP İcra katibi qeyd edib ki, indiyə qədər böyük yol keçilməsinə baxmayaraq, qarşıda daha böyük, əzəmətli və şərəfli vəzifələr dayanır. Bu baxımdan, 2013-cü il bizim bundan sonra keçəcəyimiz böyük yolun yeni bir mərhələsidir. “Çünki 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində biz qəti əminik ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev yenidən qalib gələcək. Yenə də biz növbəti beş ildə inkişaf siyasətinin şahidi olacağıq, bu siyasətin həyata keçirilməsində bilavasitə iştirak edəcəyik. O cümlədən, bu gün tələbə olan gənclər ali məktəbləri bitirdikdən sonra müəyyən sahədə çalışıb bu siyasətə töhfə verəcəklər. Beləliklə, növbəti beş ildə də Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görəcək. İnsanlarımız İlham Əliyevin növbəti beş ildə Azərbaycanın Prezidenti olmasını ona görə arzu edirlər ki, Onun həyata keçirdiyi siyasət hər bir vətəndaşın maraq və mənafelərinə uyğundur. Ölkədəki sabitlik və əmin-amanlıq, dinclik, iqtisadiyyatımızın inkişaf etməsi hər bir vətəndaşın maraqlarına cavab verir. Azərbaycanın bir dövlət olaraq beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi hər bir Azərbaycan vətəndaşının maraqları ilə üst-üstə düşür. Çünki hər bir vətəndaş, xüsusilə də vətənpərvər insanlar güclü dövlətin vətəndaşı olmasından qürur duyur. Ona görə də xalqımız cənab İlham Əliyevin növbəti beş ildə də Azərbaycanın Prezidenti olmasını səmimi qəlbdən istəyir. Hər bir ölkənin vətəndaşı öz ölkəsinə ləyaqətli bir insanın rəhbərlik etməsini arzulayır. Belə bir rəhbər də Azərbaycanda var. Təbii ki, növbəti seçim etməyə hər hansı bir ehtiyac yoxdur. Bu hisslər və duyğular Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində qənaətinin formalaşmasının əsasını təşkil edir. Amma eyni zamanda, hesab edirəm ki, bütövlükdə Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən, gənclərimiz böyük maraq nümayiş etdirməli və fədakarlıq ortaya qoymalıdır ki, prezident seçkiləri yüksək fəallıqla keçsin, demokratik dəyərlərə, prinsiplərə, qanunvericiliyə tam uyğun olsun. Və bütün dünyanın gözü qarşısında biz ölkəmizdə Prezident İlham Əliyevin böyük ictimai dəstək sahibi olduğunu nümayiş etdirək. Eyni zamanda, Azərbaycanın dərin və möhkəm dəyərlərə söykənən seçkilər ənənəsinə sahib olan bir ölkəyə çevrildiyini bir daha dünyaya sübut edək. Güman edirəm ki, qarşıdan gələn Prezident seçkilərində gənclər böyük fəallıq nümayiş etdirəcəklər, seçki kampaniyasının həyata keçirilməsində öz imkanları daxilində yaxından iştirak edəcəklər, ayrı-ayrı məntəqələrdə müşahidə missiyasını həyata keçirəcəklər, təbliğat kampaniyasında yaxından iştirak edəcəklər. Bütövlükdə gənclər öz həmyaşıdları arasında siyasətimizin əsas hədəflərinin mahiyyətini, məqsədini izah etmək üçün böyük işlər aparacaqlar. Bununla da, siz bir daha sübut edəcəksiniz ki, həm Azərbaycanın, həm də YAP-ın gəncləri olaraq böyük bir qüvvəni təmsil edirsiniz. Bu qüvvə Azərbaycanın ictimai və siyasi həyatının ayrılmaz bir hissəsinə çevrilib, eyni zamanda bu qüvvə sağlam iddialarla gələcəyə baxır və gələcəyin qurulmasında yaxından iştirak edir”.
Gənclərin ictimai-siyasi fəallığının artırılması üçün YAP-ın müxtəlif layihələr həyata keçirdiyini deyən Əli Əhmədovun sözlərinə görə, bununla yanaşı gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün də lazımi tədbirlər görülür. “Gənclər öz sərbəst vaxtlarını da maraqlı keçirmək haqqında düşünürlər. Bu baxımdan, YAP gənclərin asudə vaxtının səmərəli keçməsi üçün müvafiq layihələr həyata keçirir. Biz istəyirik ki, gənclər bütün parametrlər üzrə həyatın hər cür üstünlüklərindən və imkanlarından faydalana bilsinlər. Ona görə də, belə layihələr davamlı olacaq” – deyə, YAP Sədrinin müavini vurğulayıb.
Qarşıdan gələn bayramlar münasibətilə gəncləri təbrik edən Əli Əhmədov onlara fəaliyyətlərində böyük uğurlar arzulayıb.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin dövlətimizin və partiyamızın qayğısını daim hiss etdiklərini deyib. “Biz bu qayğı və diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Öz fəaliyətimizlə həmişə bizə göstərilən bu etimadı doğrultmağa çalışırıq” – deyə, o qeyd edib.
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

