Ziyafət Əsgərov: Orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir
12.01.2013 [18:14]
“Azərbaycan Ordusunda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir”. Bunu “Trend”-ə Daşkəsəndə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclis sədrinin I müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
“Hər bir əsgərin faciəli şəkildə ölümü bizim üçün böyük itkidir”, - deyən Ziyafət Əsgərov ölmüş əsgər Ceyhun Qubadova Allahdan rəhmət diləyərək ailəsinə başsağlığı verib.
Z.Əsgərov bildirib ki, hazırda bununla əlaqədar cinayət işi açılıb və istintaq davam edir: “Kimin təqsirli olub-olmamasını da istintaq araşdıracaq. Hazırda bu məsələ parlamentin də ciddi nəzarətindədir. Əvvəlcədən nəsə demək istintaqa təsir kimi qiymətləndirilə bilər. Ona görə də mən hesab edirəm ki, istintaq obyektiv aparılacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələ ilə bağlı istintaq xüsusi nəzarətə götürülüb və obyektiv araşdırılaraq bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Silahlı Qüvvələrdə şəxsi heyət arasında baş verən cinayət hallarının qarşısını almaq məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsinin gözlənilmədiyini deyən I vitse-spiker hesab edir ki, belə halların gələcəkdə təkrar olunmaması üçün ümumiyyətlə əsgərlərin hərbi xidmətkeçmə məsələsinə nəzarət gücləndirilməlidir: “Belə məsələlərə görə Cinayət Məcəlləsində kifayət qədər cəza nəzərdə tutulub. Mən güman etmirəm ki, bununla bağlı konkret Cinayət Məcəlləsində və hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin. Amma orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir. İstər əsgərlər arasında olan, istərsə də əsgərlərlə zabitlər arasında olan münasibətlərlə bağlı nəzarət daha da gücləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

