Siyavuş Novruzov: Heç Barak Obama İsa Qəmbər kimi etməyib
29.01.2013 [01:08]
“Lənkəranda 20 müsavatçı ilə görüşmək üçün Bakıdan özü ilə 150 nəfər yığıb aparan İsa Qəmbərin məqsədi görüş yox, bölgədə şou yaratmaqdır. Buna görə onun Lənkəranda görüşü alınmır”. Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib.
Onun sözlərinə görə, İsa Qəmbərin bu hərəkəti hakimiyyət tərəfindən başa düşülmür: “Təsəvvür edin, 35 avtomobil, özü də karvan şəkilində Bakıdan Cəlilabada qədər yol hərəkəti qaydalarını poza-poza bütün yol boyu şou göstəriblər. Yolboyu ətrafda yaşayan sakinlərin rahatlıqlarını və yaşayış hüquqlarını pozublar. Rayon insanlarıdır, biri bazara gedir, biri harasa xəstə aparır. Onlar üçün İsa Qəmbərin hara getməsi maraqlı deyil. Məqsədi sakit və səmimi görüş olan adama bu həngamə nə üçün lazımdır? Heç Barak Obama seçkiqabağı İsa Qəmbər kimi etmir. Obama öz kampaniyalarına ən uzağı 6-8 adamla gedir. Daha İsa Qəmbər kimi başına 150-160 nəfərlik dəstə yığıb bölgələrə hücum çəkmir”.
Siyavuş Novruzov deyib ki, İsa Qəmbərin Lənkəranda sosial bazası olmadığına görə Bakıdan özləri ilə çoxlu adam yığıb aparıblar: “QHT-lərdən, İctimai Palatadan, oradan- burdan qarşılarına kim çıxıbsa, maşınlara yığıb Lənkərana üz tutublar. Başına yığdıqları bu adamlarla gedib Lənkəranda görüş keçirməyin nə mənası var? Elə o görüşü Bakıda da keçirmək olar”.
O, bildirib ki, İsa Qəmbərə ölkənin istənilən yerində görüş keçirmək üçün hər cür şərait yaradılıb: “Eyni zamanda, Lənkəranda da yaradılıb. Lakin görünür, onun məqsədi görüş yox, hay-küy yaratmaq olub və bunun qarşısının alındığını gördükdə Cəlilabaddan geri qayıdıb. Çünki onun məqsədi Lənkəranda görüş keçirmək deyildi, buradan yığıb apardığı adamlardan ibarət bölgədə şou göstərmək idi”.
S.Novruzov İsa Qəmbər və tərəfdarlarının yol boyu kafe və çayxanalarda üzləşdikləri insidentə də münasibət bildirib. Onun sözlərinə görə, həmin kafelər özəl müəssisədirlər və İsa Qəmbəri qəbul edib-etməmək onların öz işidir: “Əgər İsa Qəmbər onlar üçün arzu olunan müştəri deyilsə, buna hakimiyyət nə etsin?”
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

