/ / YAP-ın təşəbbüsü ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları əsasında eyniadlı kitab işıq üzü görüb
YAP-ın təşəbbüsü ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları əsasında eyniadlı kitab işıq üzü görüb
30.01.2013 [01:47]
21 dekabr 2011-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda, Gülüstan Sarayında “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları əsasında eyni adlı kitab işıq üzü görüb. Yeni Azərbaycan Partiyasının və AzərTAc-ın nəşri olan kitabın ideya müəllifləri YAP-ın Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur. Konfransda edilmiş məruzə və çıxışlar kitabda Azərbaycan, ingilis və rus dillərində öz əksini tapıb.
Nəfis tərtibatda işıq üzü görmüş kitabın ön səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransın iştırakçılarına təbriki yer alıb. Təbrik məktubunda qeyd edilib ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu: “Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemler ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə sayıram.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdir. Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu mənada Azərbaycanı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönəlmiş səylərə əhəmiyyətli dəstək ola biləcək”.
Kitabda, həmçinin, YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun çıxışı da yer almışdır: “Həyatımızda müşahidə olunan dinamik inkişafı hərtərəfli yeniləşmə siyasəti müşayiət etməkdədir. Düşünürük ki, yeniləşmə Azərbaycanın inkişafının növbəti mərhələsini təmin edəcək əsas qüvvədir. Modern cəmiyyət qurmaq üçün Azərbaycanda bütün imkanlar mövcuddur. İndi ölkəmiz bu prosesin içərisindədir. Modernləşmə bizim üçün iqtisadi və sosial çağırışlara ünvanlanmış inkişaf formasıdır.
Azərbaycan zəngin neft və qaz ölkəsidir, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamaqdadır. İstəyirik ki, təbii resurslarımız insanlarımızın rifahını təmin etməklə yanaşı, davamlı inkişafa xidmət etsin. Bu isə yeniləşməyə böyük investisiya qoyuluşu vasitəsilə mümkün ola bilər”.
Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesianın da çıxışı kitabda yer alıb: “Hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bu problemlər artıq həllini tapmışdır”.
Konfransda iştirak edən Avropa Xalqları Partiyasının sədri, Belçikanın sabiq baş naziri Uilfrid Martensin çıxışında isə Avropanın keçdiyi inkişaf yolu barədə fikirlər əks olunub. Avropa Xalqları Partiyasının sədri Azərbaycanın baş verən inkişaf proseslərini də yüksək qiymətləndirib.
Latviyanın sabiq prezidenti, Latviya Seyminin üzvü, “Zatlersin İslahatlar Partiyası”nın sədri Valdes Zatlersin çıxışında isə konfrasda dünyanın müxtəlif ölkələrindən iştirak edən nümayəndələrin modernləşmə siyasəti ilə bağlı fikir mübadiləsi aparmalarının vacibliyi qeyd edilib. “Modernləşmə” anlayışının müasir dünyamızda çox geniş yayıldığını qeyd edən V.Zatlers yeni sosial və iqtisadi çağırışlara cavab verilməsi istiqamətində dünya dövlətlərinin qarşısında duran vəzifələrdən bəhs edib.
Kitabda, həmçinin, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Çin Kommunist Partiyası MK-nın xarici əlaqələr şöbəsinin nazirinin müavini Çen Fensyan, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiç, Macarsıtan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotay və digər ölkələrin nümayəndə heyətlərinin üzvlərinin çıxışları yer alıb. Onlar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu tədbirin çox vacib bir məsələyə həsr olunduğunu vurğulayıblar, təmsil etdikləri dövlətlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumatlar veriblər və modernləşmə siyasəti ilə əlaqədar fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

