Milli güc, milli dövlət və ictimai-siyasi sabitlik
31.01.2013 [01:20]
Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur
Tarixi təcrübədən aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında isə ictimai-siyasi sabitlik faktoru gəlir. Əlbəttə ki, bəhs edilən faktorların təmin olunmasını şərtləndirən başlıca mexanizm milli dövlətdir.
Milli dövlət sabitlik və inkişafın institusional qarantı kimi
XIX əsr sosial-demokratı Fridrix Lassal bildirirdi ki, milli dövlət ümummilli inkişafın qarantı qismində çıxış etməklə milli mənafeyin təmin olunması vəzifəsini icra edən təməl stukturdur: “Milli dövlət cəmiyyət və onun tarixinin birləşdirici və təşkiledici başlanğıcı hesab edilir. Bu mənada, dövlət ideoloji üstqurum olmaq etibarilə sosial qaydanın təmin edilməsi vasitəsilə insanların birgəyaşayışını və milli həmrəyliyi - bütövlüyü təşkil edən əsas təsisat - siyasi cəmiyyətdir. Ümummilli maraqların ifadəçisi və icraçısı qismində çıxış edən milli dövlət, eyni zamanda, etnos həmrəyliyini təsisatlandırılmış formada təmin edən yetkin orqanizmdir. Dövlətin ən əhəmiyyətli xüsusiyyəti isə ictimai ahəngdarlığı və sosial-siyasi sabitliyi vətəndaşlarının maraqları, bütövlükə isə, xalqın ali mənafeyi əsasında təmin etməsidir”.
XVIII əsr maarifçi filosofu və siyasət nəzəriyyəçisi Jan Jak Russo isə belə bir mövqedən çıxış edirdi ki, cəmiyyət təkmilləşdikcə insanlar yeni sosial birlik formasında yaşayırlar ki, məhz bu birlik ali siyasi təsisat olan dövlətin siyasi-hüquqi fəaliyyəti sayəsində formalaşır və inkişaf edir: “Dövlət özünün mahiyyəti etibarilə nəzəri və praktik baxımdan cəmiyyətdaxili prosesləri tənzimləyən bir mexanizmdir. Dövlətin varlığı sabitliyin və birliyin mövcuddluğu mənasına gəlir və ümumi inkişafı təmin edir. Dövlətin ali siyasi məqsədi sabitliyin və tərəqqinin təmin olunmasıdır. Bu istiqamətdə dövlətin hər bir vasitəyə, o cümlədən, gücə və zorakılığa istinad etməsi məqbuldur, çünki bu, xalqın mənafeyinə xidmət edən ali məramdır”.
Robert Takker və Robert Ziller kimi liderlik nəzəriyyəsinin nümayəndələri isə belə bir yanaşma ilə çıxış edirlər ki, cəmiyyətdaxili hormoniya və bütövlüyün təmin edilməsi, xalqla hakimiyyətin kommunikasiyası, ictimai-siyasi qurumların legitimləşdirilməsi, hüquqi substratların formalaşdırılması kimi təməl vəzifələr hər bir milli dövlətin qarşısında durur: “Amma bu vəzifələrin yerinə yetirilməsi səviyyəsindən və onun effektiv nəticələrindən asılı olaraq bir dövlətin inkişafı digərindən ya nisbi, ya da mütləq surətdə fərqlənir. Bəs burada əsas təkanverici qüvvə və ya mexanizm qismində kimlər çıxış edir? Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, sadalanan vəzifələrin yerinə yetirilməsi ilə əldə edilən inkişaf bilavasitə lider faktoru ilə əlaqədardır. Lider təkcə kütlələri birləşdirən şəxs deyil, o, eyni zamanda, bütövlüyün və inkişafın simvoludur”.
Dövlət klassik mənada zor aparatıdır
Beləliklə, siyasət nəzəriyyəçiləri ümummilli inkişafın, bütövlüyün və ahəngdarlığın təmin olunması məsələsində güclü liderin rəhbərlik etdiyi milli dövlətin roluna və funksiyalarına xüsusi önəm verirlər. Bu sırada belə bir məqam xüsusilə önə çəkilir ki, milli dövlət sabitlik və inkişafın təmin edilməsi naminə özünün bütün resurslarından və funksiyalarından, xüsusilə də məcburetmə vasitələrindən istifadə edə bilər. Çünki dövlət klassik mənada zor aparatıdır...
Ümumiyyətlə, dövlətin güc resursları vasitəsilə ictimai-siyasi sabitliyi təminetmə funksiyası cəmiyyət daxilindəki ahəngdarlığı şərtləndirən ən əsas strateji faktordur. Dövlətin zor aparatı olması məsələsinə diqqəti çəkən K.Kautski qeyd edir ki, milli dövlətin funksionallığına, cəmiyyətdə təşəkkül tapmış dəyərlərə və sabitliyə qarşı çıxmaq yolverilməzdir, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir.
İctimai-siyasi sabitliyin təmin olunması milli dövlətlərin təməl strateji vəzifəsi kimi
Qeyd etdiyimiz kimi, hər bir siyasi cəmiyyətin (oxu: milli dövlətin-N.Q.) qarşısında duran ən mühüm strateji vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin və mühafizə edilməsidir. Başqa sözlə, siyasi sabitlik və ümummilli inkişaf milli dövlətlərin həyata keçirdiyi rasional, praqmatik daxili və xarici siyasət kursunun qanunauyğun nəticələrindəndir. Təcrübi gerçəklikdir ki, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir (bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirir). Bu baxımdan, idarəetmə strategiyasını rasional və praqmatik prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun əsasında duran effektiv nəticələr nəzərdə tutulur. Daha da dəqiqləşdirsək, vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirlər-sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq səviyyəsinin artırılması, eləcə də, sosial-siyasi həyatın və təsisatların legitimləşdirməsi, təsisatlanma prosesinin konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar ictimai-siyasi sabitliyin və ümummilli inkişafın qarantı qismində çıxış edir.
Sabitlik adası - Azərbaycan
Yuxarıda sadalanan faktorları və meyarları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, müxtəlif inkişaf modellərinin tətbiq edilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın strateji cizgilərini və vəzifələrini təşkil edir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.
Məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Bunu sübut edən bariz dəlillərdən biri budur ki, ölkəmizdə həyata keçirilən ümummilli və lokal səciyyəli seçkilər Azərbaycanın demokratik inkişafına mühüm töhfələr bəxş edən fundamental faktor qismində çıxış edir. Bu da nəticə etibarilə ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dövlət tərəfindən həyata keçirilən siyasi-hüquqi islahatlar birmənalı şəkildə sabitlik mənbəyi qismində çıxış edir...
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

