Milli Məclisin iclasında...
02.11.2024 [10:24]
9 məsələ müzakirə edilərək qəbul olunub
Noyabrın 1-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini bildirib. Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.
Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli deyib ki, bu günlərdə sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. Onun sözlərinə görə, bu qəbiristanlıqlardan 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir: “600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır. Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi 2-si! Hazırda 3 qəbiristanlıq üzərində iş gedir: Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və
Canəhməd kəndlərindəki istehkamlar lap təzədir - 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir”.
Ə.Ələkbərli bu arayışların peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlandığını diqqətə çatdırıb. Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir.Təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır.
İclasda ilk olaraq “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədilə hazırlanıb.
Komitə sədri həmçinin deyib ki, onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir. Onun sözlərinə görə, kadr çatışmazlığı məsələsində də problemlər var: “Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir”.
Daha sonra “Qrant haqqında” Qanunuda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, bələdiyyə və qrant arasında uyğunluğun təmin edilməsi üçün gələcəkdə qaydalar hazırlanacaq. O qeyd edib ki, 5000 qeyri-hökumət təşkilatından 105-nin regionlarda fəaliyyət göstərməsi xeyli azdır: “Hesab edirik ki, bölgələrdə qeyri-hökumət təşkilatlarının sayı artmalıdır, orada ictimai siyasi aktivlik yaradılmalıdır”.
İclasda həmçinin, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Arbitraj haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş), “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələləri və gündəlikdə olan digər qanunlar da müzakirə olunub.
Müzakirələrdən sonra gündəlikdə olan bütün sənədlər qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

