“Bu, cızığından çıxan məmurlara xəbərdarlıq idi”
14.02.2013 [01:34]
“Prezident çıxışında iradlarını bir nəfərə ünvanlamadı, məmurlar arasında özünü nümunəvi aparanlar da az deyil”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin məlum konfransda çıxışı zamanı məmur və onların övladlarının özbaşnalıqları haqda söylədiyi iradlara münasibət bildirərkən deyib. Millət vəkili “Modern.az”-a açıqlamasında ölkə başçısının iradlarının doğru olduğunu və bu çıxışın gözlənildiyini bildirib: “Prezidentin məmurların fəaliyyəti ilə bağlı irad bildirməsi tamamilə gözlənilən məsələdir. Ölkə başçısı dəfələrlə çıxışlarında belə iradlar bildirib. Cənab Prezidentin dediyi kimi, hər bir məmur xalqa xidmət eləməlidir, nümunəvi olmalıdır. Prezidentin qeyd etdiyi iradlar bütövlükdə bəzi məmurlara aiddir”.
M.Qurbanlı Prezident İlham Əliyevin bəzi harınlamış məmurları övladlarının xoşagəlməz hərəkətlərinə görə tənqid etməsinin İsmayıllı hadisələri ilə əlaqədar olmadığını deyib. Millət vəkilinin fikrincə, Prezidentin çıxışı birbaşa İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun qardaşı, adı İsmayıllı olaylarında hallanan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova ünvanlanmayıb: “Cənab Prezidentin çıxışında hansısa şəxsin adının çəkildiyini görmədim. Ölkə başçısı ümumilikdə iradını bildirib. Bu iradlar yalnız bir adama deyil, bəzilərinə aiddir. Orada Prezident bildirdi ki, bəzi məmurların övladları özlərini yaxşı aparmırlar, kobudluq edirlər. Biz belə baxsaq, görərik ki, Prezident çıxışında iradlarını bir nəfərə ünvanlamadı. Məmurlar arasında dövlət idarəçiliyini nümunəvi həyata keçirən, xalqla təmas qurmağı bacaran, Heydər Əliyev məktəbinə uyğun hərəkət edənlər az deyil. Amma cızığından çıxanlar da var ki, Prezident onlara xəbərdarlıq elədi.
İradların konkret İsmayıllı hadisələri ilə bağlılığı yoxdur. İlham Əliyev artıq 10 ildir ki, Prezidentdir. Onun əvvəlki çıxışlarında da iradları olub, tövsiyyələri də. Prezident hər şeyə kompleks yanaşır. İsmayıllıda hadisə oldu-olmadı Prezident həmişə cəmiyyətlə vətəndaş-məmur münasibətləri ilə əlaqədar öz fikirlərini bildirib. Bu, sadəcə Azərbaycan cəmiyyətində gedən proseslərə Prezidentin münasibətidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

