Ermənistanın bugünkü rəhbərliyi Xocalı soyqırımına görə birbaşa cinayət məsuliyyəti daşıyır
26.02.2013 [03:02]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
AzərTAc xəbər verir ki, orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı faciəsindən 21 il keçdiyini vurğulayan AQUPDK-nın sədri Hicran Hüseynova insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş XX əsrin ən dəhşətli faciəsinə beynəlxalq miqyasda hələ də yetərincə hüquqi qiymət verilmədiyini bildirib.
Qeyd olunub ki, bu gün Xocalı soyqırımının səbəblərini araşdırarkən aydın şəkildə bəlli olur ki, Azərbaycan həmin dövrdə tamamilə tək qalıb, informasiya blokadasına salınıb. Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra bu informasiya blokadası yarılıb, Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılıb.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayan Hicran Hüseynova, Fondun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın həyata keçirdiyi işlərdən danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük rolu və əhəmiyyəti xüsusi vurğulanıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə qanlı faciədən danışaraq ermənilərin yerli əhaliyə verdikləri işgəncələri diqqətə çatdırıb. Ermənistan rəhbərliyinin Xocalı soyqırımına görə birbaşa cinayət məsuliyyəti daşıdığını deyən Bəxtiyar Əliyev həmin şəxslərin hərbi cinayətkar olduğunu vurğulayıb.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva XX əsrin bu dəhşətli faciəsi və onun başvermə səbəblərindən danışıb, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Qeyd edib ki, Xocalıda yüzlərlə əliyalın insan-qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov 21 il əvvəl erməni silahlılarının Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımı və etnik təmizləmə siyasətindən danışıb, tarixi faktların ermənilərin xalqımıza qarşı daim xəyanətkar mövqedə olmasından xəbər verdiyini bildiriblər.
Tədbirdə Xocalıdan olan yazıçı-publisist Səriyyə Müslümqızının “Xocalı uşaqları - Qan içində qar çiçəyi” kitabının təqdimatı keçirilib.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən Xocalı soyqırımı ilə bağlı 15 ölkəyə məlumat göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

