Roma Papası korsikalılar üçün “ümid işığı” olacaqmı?
13.12.2024 [10:48]
Papa Fransisk adaya səfər edəcək
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.
BTQ səfər ərəfəsində Roma Papasına müraciət edib
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib. BTQ Korsika xalqının da hüquqlarının qorunması üçün müxtəlif tədbirlər keçirir. Yeri gəlmişkən, bugünlərdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papası Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb. A.Abbasov əvvəlcə təşkilatın məqsədi barədə məlumat verib və qeyd edib ki, əsas məqsəd dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Qoşulmama Hərəkatının Nizamnaməsində də təsisçilər tərəfindən qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.
BTQ hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur. BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda Qoşulmama Hərəkatı “Troyka”sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır.
COP29 çərçivəsində müstəmləkəçiliyə qarşı tədbirlər keçirilib
A.Abbasov məktubunda onu da vurğulayıb ki, beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ BMT qərargahları daxil olmaqla, dünyanın müxtəlif ölkələrində təxminən 20-yə yaxın beynəlxalq konfrans təşkil edib. Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ öz fəallığı ilə xüsusi seçilib. COP29 çərçivəsində müasir dünyada müstəmləkəçilik və neomüstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilib. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinika, Fransız Qvianası, Qvadelupa, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə verib.
A.Abbasov məktubunda Roma Papasının dekolonizasiya prosesinə göstərdiyi diqqətin beynəlxalq ictimaiyyətə məlum olduğunu deyərək martın 30-31-də Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, dekolonizasiya və yeni müstəmləkəçilik: Sosial ədalət və ümumi rifah perspektivi” adlı forumda onun söylədiyi bu sözlərin çox təsirli olduğunu diqqətə çatdırıb: “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir”.
Roma Papasından xahiş edilib
“Zati-müqəddəsləri, dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi, “Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır”, bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir. Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil olunmasını tələb edən müraciət də təqdim edib. Bundan başqa, noyabrın 19-da Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum olunub”,-deyən BTQ-nin icraçı direktorunun sözlərinə görə, dekolonizasiya təkcə siyasi proses deyil, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur. A.Abbasov Roma Papasından adaya səfəri zamanı Korsikadakı vəziyyəti nəzərə almanığı xahiş edib və inamını ifadə edib ki, onun varlığı təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

