Davos İqtisadi Forumu və Azərbaycan
10.04.2013 [16:43]
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərar ölkəmizin artan iqtisadi imkanlarının, nüfuzunun təsdiqidir
Davos İqtisadi Forumunun tarixinə qısa nəzər iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biri olduğuna işıq salır
Dünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin, Davos Forumu adlandırılır. Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. 3-4 gün davam edən Dünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur. Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Dünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. 2005-ci ilin yanvarında Forum çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat da təsis olunub. Dünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir. Hər il müxtəlif devizlər altında təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artan rolu yüksək dəyərləndirilir
Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Belə ki, Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilmişdir. Ölkəmizin uğurlarının dünyaya təqdimatında Forumun əhəmiyyəti danılmazdır. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərində işgüzar səfərdə olmuşdur. Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Görüş çərçivəsində Ulu öndər Heydər Əliyev ölkəmiz haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandıraraq, Azərbaycan reallıqlarının təqdimatında bu kimi tədbirlərin böyük rola malik olduğunu diqqətə çatdırmışdır. Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycan hər zaman dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildən bu yana digər istiqamətlərdə olduğu kimi, bu sahədə də böyük dönüş yarandı. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 140 milyard dollardan artıqdır. Bu, 1994-cü ildən ölkədə yaradılan sabitliyin, normal biznes mühitinin təsdiqidir. “Açıq qapı” siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını bura xoş niyyətlə gələn xarici investorların üzünə açdı. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatına qoyulan investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini ən yüksək tribunalardan bəyan etməklə, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması ilə yanaşı, bu istəyi gerçəkləşdirən ölkələrin miqyasının da genişlənməsinə stimul verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirmişdir: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır”.
Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açdığını vurğulayan Ümummilli lider Heydər Əliyev ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan reallıqlarının təbliğinə xidmət edən hər bir çıxışı, keçirdiyi görüşlər sözsüz ki, sonrakı mərhələlərdə öz müsbət nəticəsini göstərmişdir. Keçirilən forumlar üçün seçilən mövzular hər bir ölkənin malik olduğu imkanları ortaya qoymaqla yanaşı, yaşadığı problemlərin də birgə müzakirəsinə yol açır.
Son on ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak etmişdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq. Forumlarda “Energetika sənayesində günəş enerjisinin rolu”, “Neft-qaz geosiyasəti: yeni sərhədlər” və s. kimi mövzularda müzakirələr digər dövlətlərlə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib.
Bütünlükdə dünyada, Avropada hələ də sıxıntısı duyulan iqtisadi böhrandan xilas olmağın yollarını arayan dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimad və inama güvənməkdir. Ənənəvi Davos Forumunu keçirməkdə məqsəd budur ki, bütün diqqətlər belə bir fakta yönəlsin ki, dünyada ən qlobal problemlərin həlli, sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Keçirilən hər bir Forumda ötən il müzakirə olunan məsələlərin nəticələrinə əsasən yeni prioritetlər müəyyənləşdirilir.
“Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur” devizi altında keçirilən Forumda qlobal enerji layihələrinin şaxələndirilməsinin bölgədə və dünya birliyində əməkdaşlığın genişləndirilməsində nə kimi rola malik olduğunun müzakirəsi xüsusilə diqqət çəkmişdir. “Qlobal enerji mənzərəsi” adlı iclasda iqtisadi inkişaf üçün başlıca amil olan karbohidrogen ehtiyatlarından səmərəli, birgə və məqsədyönlü istifadə məsələsinə aydınlıq gətirilmişdir. Beynəlxalq miqyasda həyata keçirilən qlobal enerji layihələrinin reallaşmasında, Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində əvəzedilməz rolu olan, tranzit ölkə kimi mühüm əhəmiyyət daşıyan Azərbaycanın mövqeyi yüksək dəyərləndirilmişdir. Enerji daşıyıcıları yeddi neft-qaz kəməri vasitəsilə nəql edilən, malik olduğu təbii qaz ehtiyatlarını alternativ layihələr vasitəsilə, şaxələndirilmiş yeni kəmərlərlə ixracında maraqlı olan Azərbaycan hər il keçirilən Foruma qazandığı böyük uğurlarla qatılır. Neftdən daha çox “mavi yanacağa” ehtiyac duyulduğu müasir dövrümüzdə Azərbaycan qazına tələbatın artması dünya birliyini maraqlandıran əsas prioritet kimi aktuallığını qoruyur. Dünya bazarında karbohidrogen nəqlinin şaxələndirilmiş, alternativ layihələrlə çatdırılmasında həmişə olduğu kimi təşəbbüskarlığını bu gün də diqqətə çatdıran Prezident İlham Əliyev regionda sabitliyin yaranmasına, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edən bütün təkliflərə tərəfdar olduğunu bütün enerji sammitlərində, iqtisadi forumlarda bəyan edir. Aİ dövlətləri üçün xüsusi əhəmiyət kəsb edən “Cənub qaz dəhlizi”, AGRİ kimi layihələri dəstəkləyən ölkəmiz bir daha zəngin enerji ehtiyatlarının əməkdaşlıqda mühüm əhəmiyyətə malik olmasından qürur duyduğunu bildirməklə Xəzərin Azərbaycan sektorundakı resursların tükənməzliyini də diqqətə çatdırır.
Bakı İqtisadi Forumu: Uğurlarımızın təqdimatı
Cari ilin yanvarında “Dayanıqlı dinamizm” devizi altında keçirilən 43-cü Davos İqtisadi Forumu bir çox cəhətdən yaddaqalan oldu. “Dayanıqlı dinamizm” əlaqəli şəkildə yaşadığımız dünyada gələcəkdə bəzi təlatümlərin olacağı və bu baxımdan daha yaxşı bir gələcək üçün bəzi risklərin alına biləcəyi mövzuları əhatə edir. Toplantı üçün bu mövzunun seçilməsinə aydınlıq gətirən Davos Dünya İqtisadiyyatı Forumunun direktoru Lii Hovel bildirmişdir ki, qarşılaşdığımız risklərə müqavimət göstərməli, məqsədlərə nail olmaq üçün gücümüzü artırmalıyıq. Prioritetlərin müəyyənləşdirilməsində ötən dövr ərzində əldə olunan uğurların rolu inkaredilməzdir. Forumun direktoru bu açıqlaması ilə bir daha bildirmişdir ki, səylərin birləşdirilməsi uğurlara yol açan əsas amildir. İnkişaf üçün dinamizm gərəkdir. Bu baxımdan forum üçün bu mövzunun seçilməsi olduqca əhəmiyyətli idi. Nəzərə alsaq ki, hər bir dövlətin öz inkişaf strategiyası mövcuddur, ümumi müzakirələr əsasında mövcud problemlərin aradan qaldırılması üçün həmin modellərdən istifadə etməyə böyük zərurət duyulur. Bu ilin tam olaraq mövzusu dinamizmdir.
Dünyanı bürüyən, nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranının yaşanmasında da iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmadığı, hər bir ölkənin hansı imkanlara malik olduğu özünü qabarıq şəkildə büruzə verdi. Azərbaycanın şaxələndirmə siyasətini yüksək səviyyədə həyata keçirməsi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini öndə saxlayaraq mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirməsi maliyyə imkanlarının genişlənməsində əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev Davosda “CNN-İnternational” televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün bizim iqtisadiyyatımız çox sabitdir: “Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir”.
Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs etmişdir. Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi barədə qəbul olunan qərar da ölkəmizin malik olduğu imkanlara, uğurlara verilən dəyərin təzahürüdür. Daim beynəlxalq səviyyədə qeyd edildiyi kimi, Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib.
Keçirilən görüşlərdə bu fikir xüsusi qeyd edilmişdir ki, çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edir. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin ümumi həcmi təqribən 140 milyard dollardır. Təkcə ötən il 22 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 9 milyard dolları xarici sərmayələrin payına düşür. Bu onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, yalnız neft və qazla bağlı deyil. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətdavamlılığına görə ön yerlərdədir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkələr arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkşafına böyük töhfə olduğunu bildirərək qeyd edir ki, dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi Forumlarda bu mövzu ətrafında geniş müzakirələrin aparılması imkanların ortaya qoyulması ilə yanaşı, yeni təkliflərin, ideyaların gündəmə gətirilməsinə də öz müsbət təsirini göstərir. Azərbaycanın iqtisadi və enerji siyasətinin siyasi çəkisinə transformasiya olunduğunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev iqtisadi uğurların Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərdiyini də diqqətə çatdırır. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır. Davos İqtisadi Forumunda qlobal enerji layihələrinin şaxələndirilməsi bölgədə və dünya birliyində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli amil kimi qeyd olunur. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan qazı üçün qapılar, yeni tranzit yollar açılır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannamə bir daha təsdiqləyir ki, zəngin neft və qaz yataqlarına, müasir infrastruktura malik olan ölkəmizin enerji təchizatının şaxələndirilməsində rolu artır. Birgə bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı bu əminliyi də ifadə edir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Eyni zamanda, bu da bildirilir ki, imzalanan sazişlər öz növbəsində ölkəmizə hələ 1994-cü ildə bağlanan ilk enerji layihələrindən daha çox fayda gətirəcək. Çünki o zaman bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. Nəticə etibarilə Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır.
Bütün bunlar onu deməyə əsas verir ki, zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir. Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürüdür.
“İki sahil”in Analitik Qrupu
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

