Tarix yazan Lider - İlham Əliyev
24.12.2024 [16:36]
Hulusi Kılıç,
Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi
Müzəffər Ali Baş Komandan, qəhrəman Prezidentimiz Cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar arzu edirəm.
Cənab Prezidentin yazdığı qəhrəmanlıq tarixini gələcək nəsillər böyük qürur hissi ilə oxuyacaqlar. Ali Baş Komandan 200 il davam edən tarixin əks axınını dəyişdirərək Azərbaycanın torpaqlarını bərpa etdi, Azərbaycan xalqında və türk millətində böyük qürur hissi yaratdı.
İlham Əliyev bu gün dünya siyasətində özünə məxsus yeri olan bir liderdir. O cümlədən beynəlxalq münasibətlərdə problemli vəziyyətlərdə bir liderin xalqı və dövlətin maraqlarına uyğun qərar verilməsi böyük önəm daşıyır.
Azərbaycan coğrafi cəhətdən dünyanın böyük güclərinin müharibələr apardığı ölkələrlə həmsərhəddir. Həmin ölkələrdə siyasi çirkin oyunlar davam etməkdədir.
Ali Baş Komandan Azərbaycan ərazilərini qorumaq üçün böyük güclərlə mücadilə aparmaqdadır.
İlham Əliyevin siyasi baxışı, dünya görüşü, yüksək səviyyədə düşüncəsi ona qabaqcadan görmə imkanı yaradır.
Cənab Prezidentin "nəyi nə zaman, necə edəcəyəmi bilirəm" sözü hər şeyi açıq şəkildə göstərir. Cənab Prezidentin bir sözü var: "Dünyada çox ciddi hadisələr olacaq, Azərbaycan baş verəcək bütün hadisələrə hazırdır".
Bu o deməkdir ki, burada ciddi bir strateji baxış və qərar vermə mexanizmi var. Biz bilirik ki, Cənab İlham Əliyev dövlətlərarası siyasətdə qərarlar verilməsində böyük liderdir.
Ən son Rusiya televiziyasına verdiyi müsahibədə - Rus müxbiri "ABŞ - Rusiya arasında narazılıqlar müşahidə olunur. Azərbaycanın bu vəziyyətə münasibəti necədir"?
Cənab bu suala çox gözəl cavab verdi.
"ABŞ-da Tramp hakimiyyətə gəlir, ümid edirik ki, problemlər daha da böyüməyəcək. Azərbaycan olaraq istəyirik ki, münaqişələrdən uzaq olaq. Rusiya - Amerika münaqişəsinin bir qalibi yoxdur. Çünki, hər iki dövlətdə nüvə silahı var. Azərbaycan daha əvvəl olduğu kimi missiyanı öz üstünə götürəcək, NATO və Rusiya danışıqları üçün platforma təşkil edəcək". Beləliklə Cənab Prezident Azərbaycanın sülhün yanında olduğunu bir daha göstərdi. Cənab Prezident böyük dövlət adamı və yüksək iradəyə sahib karizmatik liderdir. Beynəlxalq sistemin gedişatını yaxşı bilən, xüsusilə kritik vəziyyətlərdə çevik və ağıllı qərarlar verən, böyük bir diplomatik biliyə malik rəhbərdir. Eyni zamanda, daxili siyasətdə də xalqına görə verdiyi qərarlarla millət tərəfindən sevilən liderdir.
Ali Baş Komandan bu qədər kirli siyasətin və oyunların oynadığı bir dünyada Ermənistan kimi böyük güclərə arxalanan, güclü lobbisi və diasporası olan bir dövləti məğlubiyyətə uğrudan siyasi xadimdir.
Türk Dövləti Təşkilatlarının bu günki səviyyəyə gəlməsində şübhəsiz Prezİdent İlham Əliyevin böyük rolu var.
14 fevral 2014-ci ildə parlamentdə andiçmə mərasimində etdiyi çıxışında deyir: "Xarici siyasətimizin istiqaməti Türk dünyası ilə əlaqələr olacaq. Bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Başqa ailəmiz yoxdur". Bu sözlər Cənab Prezidentin Azərbaycan xalqına milli kimliyinə, irqinə, keçmişinə və tarixinə nə qədər bağlı olduğunu açıq şəkildə göstərir. Cənab Prezidentin Türkiyə ilə münasibətləri mövzusuna toxunsaq, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər Beynəlxalq əlaqələrdən görsənən iki dövlət arasındakı münasibətlərdən çox fərqlidir. Çünki, bu iki ölkə arasında qardaşlıq bağları var. Prezident İlham Əliyev Türkiyə ilə əlaqələrə çox həssas yanaşır. Xalq da rəhbərinə baxaraq ölkədə təbii fəlakətlər - məsələn zəlzələ, yanğın və s. hadisələri baş verəndə cəld yardıma gəlir. İki ölkə əlaqələrini strateji müttəfiqlik səviyyəsinə yüksəldən "Şuşa Bəyənnaməsi"ndə də iki ölkə liderinin imzaları görsənir. Bu sənəd iki qardaş dövlətin, lazım olarsa tək dövlət kimi də hərəkət edəcəyini göstərir. Bundan sonra 1000 il keçsə də, Azərbaycan və Türkiyə arasındakı bu bağlar hər zaman xatırlanacaq, iki qardaş ölkə xalqı bunları yol xəritəsi kimi qəbul edəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevi və Vitse-prezident çox hörmətli Mehriban Əliyevanı Allah Can Azərbaycan xalqının başından əksik etməsin!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

