/ / Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan edilmiş beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan edilmiş beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılıblar
08.05.2013 [04:32]
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elan edilmiş beynəlxalq yazı müsabiqəsi qaliblərinin mayın 7-də mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi beynəlxalq yazı müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi mərhələsi başa çatıb. Fevralın 15-də elan olunmuş müsabiqə barədə məlumat Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu müsabiqə barədə xəbər böyük marağa səbəb olub.
Beynəlxalq müsabiqəyə Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətinə, Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasında, inkişafında dahi şəxsiyyətin əvəzsiz xidmətlərinə dair yazılar daxil olunub.
Əvvəlcə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film təqdim edilib.
Sonra Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Ümummilli liderin Azərbaycan dövlətinin yenidən qurulmasındakı əvəzsiz rolundan danışıb və müsabiqənin əhəmiyyəti haqqında fikirlərini bölüşüb.
Müsabiqə komissiyanın sədri, Milli Məclisin deputatı Elmira Axundova Ulu öndərin şərəfli ömür yolundan danışaraq vurğulayıb ki, bu cür tədbirlər dahi şəxsiyyətin zəngin fəaliyyətini işıqlandırmaq üçün geniş imkanlar yaradır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Şöbə müdiri vurğulayıb ki, siyasi, iqtisadi, mədəni fəaliyyətdə əvəzolunmaz şəxsiyyət olan Ulu öndərin xidmətləri təkcə Azərbaycanda deyil, bütün dünyada hiss olunur. Heydər Əliyev Azərbaycan xalqının həqiqi lideridir və ölkəmiz üçün Onun xidmətləri əvəzolunmazdır. Heydər Əliyevin tək Azərbaycanın deyil, bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz xidmətləri danılmazdır.
Məhz buna görə də Heydər Əliyev şəxsiyyəti bütün dünyanın marağını cəlb edir. Onilliklər keçsə də, Heydər Əliyev irsi yaşayacaq və bütün dünyada yayılacaq.
Müsabiqənin əhəmiyyətinə də toxunan Əli Həsənov deyib ki, Ulu öndər Heydər Əliyevin fəaliyyətinin dünyada dəyərləndirilməsi Azərbaycan xalqına qürur verir.
Əli Həsənov bildirib: “Liderlərin taleyi birbaşa böyük yaradan tərəfindən müəyyən olunur, bir xalqın, bəşəriyyətin taleyində mühüm rol oynayır. Təsadüfi deyil ki, Avrasiya regionunu əhatə edən dövlətlərin jurnalistləri Heydər Əliyevin fəaliyyətini, bu liderin xalqına və bölgə xalqlarına verdiyi dəyərləri qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev XX əsrin sonlarında, XXI əsrin əvvəllərində Qərb ilə Şərq arasında sosial-iqtisadi, mədəni körpülərin salınması sahəsində bəşəri fəaliyyət göstərmişdir. Dahi şəxsiyyətin irsi təkcə xalqının deyil, dünya siyasətşünaslarının, jurnalistlərinin tədqiqat obyektinə çevriləcəkdir. Bu gün artıq biz bunu görürük”.
Sonra Rusiya, Türkiyə, Gürcüstan, Rumıniya, Qazaxıstan, Ukraynadan olan qaliblərə mükafatlar və müsabiqənin diplomları təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

