/ / ADİU-də Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Məzun-2013” VIII ümumrespublika yarmarkası keçirilib
ADİU-də Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Məzun-2013” VIII ümumrespublika yarmarkası keçirilib
18.05.2013 [17:37]
Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Məzun-2013” VIII ümumrespublika yarmarkası keçirilib.
AzərTAc xəbər verir ki, müvafiq qurumların, o cümlədən Heydər Əliyev Fondunun nümayəndələrinin iştirak etdikləri açılış mərasimində ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışıb, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən rektor Azərbaycanın çox sürətlə inkişaf etdiyini, elm və təhsilimizdə mühüm nailiyyətlər qazanıldığını bildirib.
2013-cü ildə ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan professor Ş.Hacıyev bu seçkilərdə xalqın yenə də Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə əminliyini vurğulayıb.
Rektor, eyni zamanda, “Məzun-2013” VIII ümumrespublika yarmarkasının əhəmiyyətini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə gənclərə, onların inkişafına göstərilən dövlət qayğısından danışıb, təhsil üzrə mühüm proqramların reallaşdırıldığını bildirib.
Respublikamızda çoxlu sayda yeni iş yerlərinin açıldığını deyən Ə.Əhmədov bunun iqtisadi inkişafın mühüm göstəricilərindən biri olduğunu xatırladıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev və Prezident İlham Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırıblar.
Çıxış edən məzunlar “Məzun-2013” VIII ümumrespublika yarmarkasının təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Builki “Məzun-2013” VIII ümumrespublika yarmarkasında 111 nazirlik, komitə, bank və şirkət iştirak edir (2006-cı ildə ADİU tərəfindən ilk dəfə keçirilən məzun yarmarkasında 24 bank və 340 məzun iştirak edib). Yeddi ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Yaponiya, Rusiyanın 52 təhsil müəssisəsinin 2 mindən artıq məzunu qeydiyyatdan keçib. Təqdim olunan vakansiyaların sayı 1100-dən çoxdur.
“Məzun-2013” VIII ümumrespublika yarmarkasında 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

