/ / Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olub
Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olub
21.05.2013 [13:07]
Mayın 20-də Həştərxan Dövlət Filarmoniyasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olub.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Həştərxan şəhər administrasiyasının və Həştərxan hökumətinin rəhbərləri, şəhər ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl mərasim iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxanda Heydər Əliyevin abidəsinin və Ümummilli liderin adını daşıyan parkın açılışında iştirakını, habelə Rusiyanın bu şəhərində müxtəlif sosial və humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakını əks etdirən fotostendlə tanış olublar.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimdə çıxış edərək deyib: “Böyük və kiçik millətlər yoxdur, öz millətini və deməli, Öz ölkəsini ucaldan görkəmli şəxsiyyətlər var. Belə şəxsiyyətlər arasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xüsusi yer tutur”.
O, qeyd edib ki, müasir Azərbaycanın uğurları, tərəqqisi, inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Qubernator vurğulayıb: “Heydər Əliyev çətin dövrdə Azərbaycana rəhbərlik etmişdir. Lakin O, nəinki ölkədə vəziyyəti sabitləşdirməyə nail olmuş, həm də müstəqil Azərbaycanın sonrakı davamlı sosial-iqtisadi inkişaf şəraitini təmin etmişdir”.
A.Jilkin qeyd edib ki, bu gün Azərbaycan postsovet məkanındakı bütün dövlətlərdən daha dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycan Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yaratdığı imkanlardan istifadə edir. O deyib: “Şübhəsiz, bugünkü Azərbaycan Ona ən yaxşı abidədir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Həştərxanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə tədbirlərin təşkil edilməsinə və keçirilməsinə görə qubernator Aleksandr Jilkinə və vilayətin rəhbərliyinə minnətdarlığını bildirib.
Ə.Həsənov vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə, keçmiş Sovet İttifaqının xalqlarının həyatında böyük rol oynayıb. Ə.Həsənov Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin nizamlanmasında Heydər Əliyevin rolu barədə söhbət açaraq deyib ki, Heydər Əliyev ölkəyə rəhbərlik edərkən RF ilə dostluq əlaqələrinin canlanmasında mühüm rol oynayıb. Onun səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri mürəkkəb transformasiya mərhələsini uğurla dəf edərək, konstruktiv əməkdaşlığa əsaslanan yeni inkişaf pilləsinə çatıb.
Ə.Həsənov qeyd edib ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisə olub. “Bu səfər iki ölkənin münasibətlərində yeni mərhələ açmışdır. O dövrdə Heydər Əliyev V.Putinin səfərini tarixi hadisə kimi səciyyələndirmişdi”, - deyən şöbə müdiri vurğulayıb ki, Rusiya ilə qarşılıqlı münasibətlər dərin tarixi köklərə əsaslanır və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Ə.Həsənov deyib: “Azərbaycan dövləti Rusiya ilə mehriban qonşuluq və dostluq əlaqələrinin, keyfiyyətcə yeni dinamika kəsb etmiş və etimada əsaslanan münasibətlərin möhkəmlənməsi və inkişafı məsələsində qətiyyətli mövqe tutur. Bu gün Prezident Vladimir Putin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xətt sayəsində Azərbaycan-Rusiya münasibətləri hərtərəfli strateji qarşılıqlı fəaliyyət və tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu gün ölkələrimiz ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə uğurla əməkdaşlıq edir”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan Rusiyanın bir sıra regionları, o cümlədən Həştərxan vilayəti ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Bu vilayətlə Azərbaycan arasında imzalanmış onlarca saziş müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradır. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrə nümunə kimi Heydər Əliyevin adını daşıyan parkın və məktəbin, Rusiya-Azərbaycan Dostluq Körpüsünün açılmasını göstərib. Ə.Həsənov deyib: “Bugünkü tədbir Azərbaycan ilə Rusiya arasında sarsılmaz dostluğun parlaq təzahürü, qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi və əməkdaşlığın genişlənməsi işinə sanballı töhfədir. Azərbaycan bundan sonra da Rusiya ilə əməkdaşlıq sahələrini genişləndirəcəkdir”.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “Gənclər təbiətə münasibətdə zorakılığın əleyhinədir” layihəsi çərçivəsində Həştərxanda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycanın və Həştərxan vilayətinin yaradıcı kollektivlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.
Tədbir başa çatandan sonra Həştərxanda möhtəşəm atəşfəşanlıq olub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

