/ / Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının IV qurultayı ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasını yüksək qiymətləndirib
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının IV qurultayı ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasını yüksək qiymətləndirib
19.06.2013 [01:53]
İyunun 18-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) IV qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.
ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev qurultayın idarəetmə orqanlarının seçilməsi ilə əlaqədar təşkilat komitəsinin təklifini verib, daha sonra gündəlik təsdiq olunub.
ASK-nın prezidenti Məmməd Musayev qurultayı açaraq bildirib ki, dünyada qlobal maliyyə və iqtisadi böhranın nəticələrinin hələ də aradan qaldırılmadığı indiki dövrdə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və mövcud potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qeyri-neft sektorunun artımı respublikanın regionlarının mütənasib və davamlı inkişafına gətirib çıxarıb, əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb. Bu gün ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda cəmləşib.
Qeyd olunub ki, ASK Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri əsas götürərək beynəlxalq təşkilatlarla əlaqələri gücləndirir, sahibkarların Avropa təcrübəsindən yararlanmasına, onların xarici bazarlara çıxmasına şərait yaratmağa çalışır. Hazırda konfederasiya öz sıralarında minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-dək iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.
Qurultayda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov son 10 ildə çoxsaylı iş yerlərinin açılması nəticəsində işsizlik səviyyəsinin 5,5 faizə, yoxsulluğun 6 faizə endiyini diqqətə çatdırıb. Nazir məlumat verib ki, ötən müddət ərzində ölkədə əməyin mühafizəsinin gücləndirilməsinə də böyük diqqət yetirilib, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində işlər aparılıb. Nazirlik müvafiq peşə standartlarının hazırlanmasını davam etdirir və hazırda 200 belə standart hazırlanıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Moldova Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti Vasili Tarlev, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin vitse-prezidenti Vyaçeslav Pşeniçnikov, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elqudja Meladze, Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev, Türkiyənin DEİK təşkilatının prezidenti Cengiz Gül və başqaları konfederasiyanın fəaliyyətini yüksək qiymətləndirib, bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
ASK-nın komissiya üzvü Vilayət Abdullayev qurumun nizamnaməsində qismən dəyişiklik edilməsi haqqında məsələ qaldırıb, konfederasiyanın nəzdində “Biznes Konsaltinq” MMC-nin təsis edilməsi və “Biznes həyatı” jurnalının nəşri ilə bağlı təklif irəli sürüb.
Qurultayda təşkilat məsələsinə baxılıb. Konfederasiyanın prezidenti, vitse-prezidentləri, idarə heyətinin, rəyasət heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.
Yenidən konfederasiyanın prezidenti seçilən Məmməd Musayev çoxsaylı sahibkarlar adından bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsini təklif edib.
Təklif yekdilliklə qəbul olunub.
Qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə qeyd edilir ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadı inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın dönmədən inkişaf etdirilməsi, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır.
Müraciətdə daha sonra deyilir: “Ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bu siyasətin alternativi yoxdur və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar qarşıdakı prezident seçkilərində birmənalı olaraq dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirlər”.
Sonda qurultayın yekunları ilə bağlı qətnamə qəbul edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

