Bakı şəhəri və onun qəsəbələrində quruculuq və abadlıq işləri davam etdirilir
28.08.2013 [09:23]
Prezident İlham Əliyev: Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir
Məlum olduğu kimi, bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Bu da səbəbsiz deyil. Belə ki, məqsədyönlü inkişaf strategiyası ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb. Respublikada qeyri-neft sektorunda gedən sürətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə zəmin yaradıb.
Bu inkişaf özünü yalnız statistik rəqəmlərdə göstərmir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da müşahidə edirik. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılmaqdadır. Respublikada həyata keçirilən inkişaf proqramları bütün sahələrdə ölkənin simasını dəyişdirir, müasirləşdirir. Bir sözlə, Azərbaycan müsbət mənada köklü sosial-iqtisadi infrastruktur dəyişikliyinə uğrayır. Son dövrlərdə daha intensiv həyata keçirilən inkişaf proqramları ilə az vaxtda çox göstəricilərə nail olunub.
Məlum olduğu kimi, Prezident kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısı regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin, inkişafını da prioritet məsələ kimi öndə saxlayıb. Məhz bunun nəticəsidir ki, dövlət başçısı 2011-ci il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Daha dəqiq desək, adı çəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları, körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən təqdirəlayiq işlər görülüb. Təkcə sosial obyektlərin deyil, eyni zamanda, infrastrukturun yenilənməsi istiqamətində paytaxt və qəsəbələrdə, eləcə də, Abşeron rayonunun qəsəbə və kəndlərində - yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik xətlərinin yenilənməsi prosesi davam etdirilib.
Həmçinin, yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yola asfalt çəkilib, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunub.
Qeyd edək ki, bu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi” üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Bakı və onun qəsəbələrinin proqramı da bu ilin sonuna qədər başa çatmalıdır: “Bu proqram ikillik proqram idi. İşlər çox qısa müddət ərzində görülməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir”.
Ötən 6 ay ərzində Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilib, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilib.
Həsən Əliyev küçəsindən “Olimpiya” stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb. Bakıda tikiləcək yeni yol isə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olacaq. Başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa “Olimpiya” stadionuna qədər uzanacaq yolun istifadəyə verilməsi ilə Bakı şəhərinin mərkəzindən “Olimpiya” stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, “Azadlıq” meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və “Olimpiya” stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.
Həmçinin, Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi, Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilib.
Bununla yanaşı, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı qəbul edilərək icrasına artıq başlanılıb.
Hazırda Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturunun yenilənməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər davam etdirilir. Bu çərçivədə Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri, Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, xüsusilə, vurğulanmalıdır. Ötən ildə Bakı Funikulyoru, Dənizkənarı Milli Parkın “Venesiya” şəhərciyi səhər sakinlərinin istifadəsinə verilib. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər də Bakıda indi mütəmadi qaydada keçirilir.
Bununla yanaşı, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işlərinin fonunda parkın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Həmçinin, bəhs olunan sahədə abadlaşdırma işləri çərçivəsində yaşıllıqlar salınmaqdadır ki, bunlar da həm göz oxşayır, həm də əraziyə səfər edən insanlarda olduqca xoş təəssürat yaradır. Burada insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün olduqca əlverişli şərait yaradılıb. Parkda yeni elektrobuslar, faytonlar və digər gəzinti marşrutları işləyir ki, bu da gəzintiyə çıxmış vətəndaşların uzaq məsafəyə daha qısa zamanda getməsini asanlaşdırır və onların rahatlığına xidmət edir. Bununla yanaşı, əraziyə kiçik ölçülü avtobuslar, qolf maşınları və balaca qatarlar da gətirilib ki, bunlar da insanların ərazidə rahat gəzintisinə xidmət edir. Onu da qeyd edək ki, Milli Parkda attraksionların, kafelərin və səyyar ticarət və xidmət obyektlərinin sayı da artıb. Bu da öz növbəsində ərazidə gəzintiyə çıxmış insanlarda məmnunluq yaradır. Məlum çıxışı zamanı dövlət başçısı bildirib ki, son illər ərzində Bakıda ictimai yerlərin salınması prosesi geniş vüsət almışdır: “Yeni parklar salınır, yeni xiyabanlar, yollar açılır, ictimai yerlər yaradılır. Deyə bilərəm ki, ictimai yerlərin sayına, onların həcminə, gözəlliyinə görə Bakı ən qabaqcıl yerlərdədir. Dənizkənarı bulvar genişləndirilmişdir. Şəhərin mərkəzindəki köhnəlmiş, yarıdağılmış vəziyyətdə olan tikililər artıq yığışdırılır. Onların yerində yeraltı parkinqlər və yerüstü parklar salınır. Görün, bu gözəllik nə qədər insanlara rahatlıq verir, insanların gözünü oxşayır. Eyni zamanda, yeni salınmış bu parklarda gün ərzində bəlkə də on minlərlə insan öz asudə vaxtlarını keçirir”.
Qeyd edək ki, Bakının timsalında Azərbaycanda şəhərsalma ən yeni texnologiya və qaydalarla aparılır. Nəzərə alsaq ki, Bakı öz memarlıq üslubuna görə də digər şəhərlərdən fərqlənir, şəhərin sənaye xüsusiyyətləri nəzərə alınaraq modernləşdirmə paytaxtda çox harmonik şəkildə yerinə yetirilir. Məsələn, bir vaxtlar Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən “Qara şəhər” adlanan ərazinin tamam yenilənməsi ilə bağlı “Ağ şəhər” layihəsi hazırlanıb. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunub. Layihəyə əsasən Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin, inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq, sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq. Bundan sonra iri istehsal müəssisələri Bakıdan kənarda yerləşdiriləcək, şəhərin səliqəsinə və ekoloji durumuna xüsusi diqqət yetiriləcək.
SEVİNC
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

