Parisdə Azərbaycan təntənəsi
11.07.2025 [09:24]
Ölkəmizin Fransadakı səfirliyinə hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb
Paris Apellyasiya Məhkəməsinin 8 iyul qərarı ilə radikal erməni millətçiləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb. Xatırladaq ki, 2022-ci il sentyabrın 18-də radikal erməni qrupları Parisdə Azərbaycan səfirliyinə hücum etmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirmişdilər. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb olunmuşdur.
Parisdə səfirliyimizə hücumun qısa təfərrüatları
Bir sıra xarici ölkələrdə erməni terror təşkilatlarının mövcud olduğu hər kəsə bəllidir. Erməni terrorçuları xüsusilə Fransada təşkilatlanmış formada fəaliyyət göstərirlər. Bu da həmin ölkədə erməni lobbisinin daha güclü olması ilə bağlıdır. Fransada güclü dayaqlara və maliyyə qaynaqlarına malik olan erməni lobbisi hətta Yelisey Sarayına açıq və yaxud gizli formalarda təsir göstərmk imkanlarına malikdir. Hakim komandanın təmsilçiləri siyasi karyeraları, seçkilərdə daha çox səs toplamaq naminə erməni lobbi dairələrindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməyə çalışırlar. 18 sentyabr 2022-ci il tarixində Azərbaycanın Fransadakı səfirliyinə bir qrup erməni tərəfindən edilən hücumun qarşısının müvafiq qurumlar tərəfindən alınmaması da məhz bu kontekstdə dəyərləndirilməlidir.
Səfirliyimizə hücum Azərbaycan Ordusunun Ermənistanın sərhəd təxribatlarının qarşısını qətiyyətlə alması fonunda baş vermişdi. Erməni terror təşkilatları ayrı-ayrı ölkələrdə bu qəbildən olan vandalizm əməlləri törətməklə sanki Ordumuzun qələbələrinin qisasını aldıqlarını düşünürdülər. Bu da bir erməni xislətidir - onlar döyüş meydanlarından kütləvi şəkildə qaçırlar, fərarilik edirlər, məğlubiyyətlərinin “qisasını” isə mülki insanlara, diplomatik korpuslarımıza ziyan vurmaqla, uşaq oyuncaqlarında minalar yerləşdirməklə almağa çalışırlar. Bununla da özlərini “qəhrəman” sanırlar. Qeyd edək ki, həmin ərəfədə ermənilər həmçinin Azərbaycanın Livandakı, Amerika Birləşmiş Ştatlarındakı (ABŞ), Böyük Britaniyadakı səfirlikləri önündə də oxşar hadisələr törətməyə cəhdlər göstərmişdilər. Ancaq həmin ölkələrin müvafiq qurumlarının qətiyyətli davranışları sayəsində ermənilərin təxribat planlarının qarşısını almaq mümkün oldu.
Fransaya gəldikdə isə, bu ölkənin hüquq-mühafizə orqanlarının təmsilçiləri ermənilərin səfirliyimiz önündə təxribat törətmələrinə bir növ seyirçi qalıblar. Onlar səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan bəhs olunan hadisələrə birmənalı kəskin münasibətini bildirib. Zamanında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də, cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.
Eyni zamanda, Azərbaycanın İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara münasibət bildirib. O vurğulayıb ki, səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması həmin dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.
İki mərhələdə yerini tapan ədalət
Haqq nazilər, ancaq üzülməz, deyiblər. Parisdəki səfirliyimiz önündə baş verən erməni təxribatı ilə əlaqədar ədalət də iki instansiya məhkəməsinin qərarı ilə öz yerini tapıb. Xatırladaq ki, Paris Məhkəməsinin 2023-cü ilin iyunun 23-də keçirilmiş iclasının qərarı ilə hücumun əsas təşkilatçısı “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilib.
Qarşı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. 2025-ci il iyunun 10-da Apellyasiya Məhkəməsinin iclası keçirilib.
Apellyasiya Məhkəməsinin iyulun 8-də elan etdiyi qərarla birinci instansiya məhkəməsi tərəfindən qərara alınmış 6 aylıq şərti cəzanın müddəti 2 dəfə artırılaraq 12 ay müəyyən edilib. Həmçinin L.Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan edilib və cərimə məbləği artırılıb.
Paris Apellyasiya Məhkəməsinin bu qərarı gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilir.
Bəs diplomatik nümayəndəliklər necə qorunmalıdır?
Baş verənllər fonunda sual yaranır: Bəs diplomatik nümayəndəliklər necə qorunmalıdır? Xarici İşlər Nazirliyi xatırladıb ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bundan başqa, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü ildə digər bir beynəlxalq Konvensiya qəbul olunub. 18 sentyabr 2022-ci il tarixində Parisdəki səfirliyimiz önündə baş verən məlum hadisə hər iki Konvensiyanın kobud şəkildə pozulması anlamına gəlir ki, bu da artıq Yelisey Sarayının məsuliyyətidir. Daim beynəlxalq hüququn, insan haqlarının qorunmasına çağırışlar edən bir ölkə ilk növbədə öz daxilində bu prinsiplərin, qanunların aliliyinin qorunmasını təmin etməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

