Sülh sazişinin paraflanması kimə və nəyə lazımdır?
19.07.2025 [10:44]
Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutan görüş ikitərəfli formatda aparılan danışıqların daha səmərəli olmasına inamı artırıb. Görüşə bağlı verilən rəsmi açıqlamalar təsdiqləyir ki, həm rəsmi Bakı, həm də İrəvan müzakirələrin bundan sonra da ikitərəfli formatda davam etdirlməsini məqbul sayırlar.
Əbu-Dabi görüşündən az sonra isə İrəvandan yekun sülh sazişinin paraflanmasının mümkünlüyü gündəmə gətirilib. Bu barədə Nikol Paşinyan keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmamışdan öncə paraflana bilər, bu məsələ Bakı və İrəvanın müzakirə masasındadır.
Bəli, beynəlxalq praktikada belə bir təcrübə var. Paraf və yaxud inisial imzadan adətən diplomatik sənədlərin imzalanmasında istifadə olunur. Burada söhbət hər hansı bir sənədin rəsmi və yaxud son imzalanmasından əvvəl onun səlahiyyətli şəxs tərəfindən ilkin olaraq imzalanmasından gedir. İmza kimi səlahiyyətli şəxsin adının, soyadının baş hərfləri qeyd olunur. Sənədlərin paraflanması adətən hansısa bir səbəbdən yekun imzalama mümkün olmadıqda, proses yubandıqda baş verə bilər. Yubanmaları şərtləndirən səbəblər aradan qaldırıldıqda isə sənəd artıq yekun imzalanmaya hazır olur.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin indiki mərhələdə paraflanmasını son məqsədə doğru taktiki addım kimi də dəyərləndirmək mümkündür. Sülh sazişinin 17 bəndi üzrə razılaşma əldə olunub, tərəflər uzun müzakirələrdən sonra ortaq məxrəcə gəliblər və bunu rəsmi qaydada bəyan ediblər. İndi bu razılaşmanın paraflanması və yaxud inisial imza ilə təsdiqlənməsi beynəlxalq ictimaiyyətə tərəflərin sülh istəyini bir daha nümayş etdirmiş olardı.
Bəs bu addımın atılması sülh prosesi üçün şərtdirmi? Sualı belə də qoymaq mümkündür: Sülh sazişinin paraflanması hansı tərəfə daha çox lazımdır? Əbu-Dabi görüşündən dərhal sonra N.Paşinyanın bu məsələni gündəmə gətirməsi təsadüfi deyil. Baş nazirin açıqlamasını, əslində, Ermənistanın manipulyativ səciyyə daşıyan “sülh sazişini bu gün imzalamağa hazırıq” siyasətinin başqa, daha cəlbedici görünən bir formada davam etdirilməsindən başqa bir şey deyil. Reallıqda sülh prosesi irəliləyir. Bu proses qalib Azərbaycanın təkidi ilə başlayıb və ölkəmizin səyləri sayəsində indiki mərhələyə çatdırılıb. Müharibənin qalib tərəfi olan Azərbaycan indiyədək sülhə sadiqliyini birmənalı şəkildə təsdiqləyib. Məhz rəsmi Bakının qətiyyətinin nəticəsidir ki, İrəvan əvvəllər tərəddüd etdiyi bəndləri sonradan razılaşdırmaq məcburiyyətində qalıb.
İndiki halda N.Paşinyanın özünün “sülh göyərçini” kimi təqdim etmək canfəşanlığı bir sıra amillərdən, o cümlədən də bilavasitə Ermənistandakı mürəkkəb daxili vəziyyətdən qaynaqlanır. Ölkədə Baş nazirə qarşı daxili müxalifətdən və xaricdən gələn həmlələr artıb. Hökumətlə kilsə, hakim komanda ilə revanşistlər arasında çatlar hər ötən gün daha da dərinləşir. N.Paşinyan belə bir ziddiyyətli şəraitdən avantajlarla çıxaraq gələn il keçirləcək seçkilərə daha üstün durumda getmək istəyir. Son illərdə Ermənistanda baş verənlər fonunda nüfuzunun əhəmiyyətli dərəcədə aşağı düşməsi N.Paşinyanı əndişələndirir. Belə bir vəziyyətdə sülh sazişinin razılaşdırlmış mətninin inisial imza ilə təsdiqlənməsi daxili auditoriyaya onun böyük uğuru kimi təqdim olunacaq ki, bu da hakim komanda üçün hava və su kimi lazımdır.
Azərbaycan hələlik N.Paşinyanın məlum açıqlamasına hansısa bir səviyyədə münasibət bildirməyib. Əslində, ölkəmizin mövqeyi bəllidir. Azərbaycan qalıcı sülh tərəfdarıdır. İmzalanacaq sənd də iki ölkə arasında davamlı sülh üçün hüquqi bazanı möhkəm şəkildə təmin etməlidir. Sazişin paraflanması mahiyyəti dəyişmir. Azərbaycan öz haqlı tələblərini dəfələrlə qarşı tərəfin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Sülh sazişinin yekun imzalanması üçün Azərbaycanın iki mühüm şərti təmin olunmalıdır. Bunlardan birincisi respublikamıza qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbidir. Ortada dərin məntiqsizlik var. Bir tərəfdən N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, hətta bunu daha tez etmədiyinə görə təəssüfləndiyini deyir. Ancaq ölkənin əsas qanununa görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də qüvvədədir.
Azərbaycanın ikinci şərti ATƏT-in Minsk qrupunun de-yure ləğvi ilə bağlıdır. Bu qurum keçmiş Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılsa da, proseslərə hansısa bir töhfə vermədi. Azərbaycan problem özü həll etmək məcburiyyətində qaldı. Artıq Dağlıq Qarabağ problemi yoxdur. Deməli, Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb. Digər tərəfdən, hazırda Minsk qrupunda təmsil olunan ölkələr arasında ciddi ixtilaflar yaşanır. Bəs bu kimi reallıqlar fonunda “sülh istəyən” Ermənistan nə üçün ölü bir qurumun de-yure də ləğvi üçün müraciət ünvanlamağa tələsmir?
Beləliklə, aydın olur ki, sülh sazişinin paraflanması prinsipial mahiyyət daşımır- bunu etmək də olar, etməmək də. Əsas odur ki, tərəflər qalıcı sülh üçün çalışmalar ortaya qoysunlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22

