“Heydər Əliyev adına” fotoalbomunun təqdimatı olub
24.09.2013 [09:32]
Sentyabrın 23-də Bakıda keçirilən III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev adına” fotoalbomu respublikamızın görkəmli elm və mədəniyyət xadimlərinə, ictimaiyyət nümayəndələrinə təqdim edilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbomun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılıb. Məlumat verilib ki, “Renessans” Nəşrlər Evində çap olunmuş toplunun rəhbəri və “Ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətn müəllifləri isə Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.
“Heydər Əliyev adına” fotoalbomu Ümummilli lider Heydər Əliyevin sevimli nəvəsi Leyla xanım Əliyevanın babasına həsr etdiyi şeirlə açılır. Həmçinin topluda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının yer alması da kitaba xüsusi əhəmiyyət verir.
Qeyd olunub ki, kitabda özül daşları Ümummilli lider Heydər Əliyevin əli ilə düzülən, Onun arzuları və istəkləri timsalında bəhər verən doğma ünvanlardan, Ulu öndərin adını daşıyan küçə, yol, prospektlər, mədəniyyət ocaqları, limanlar, bağlar və parklar haqqında danışılır.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət olan Heydər Əliyevin milli mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətinin yarım əsrdən artıq inkişaf yolu bilavasitə Onun adı və şəxsiyyəti ilə bağlıdır. Nazir Ulu öndərin xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə, zəngin mənəvi dəyərlərinə, maddi-mədəni irsinə və incəsənətinə həmişə qayğı ilə yanaşdığını diqqətə çatdırıb.
Qeyd edilib ki, Ulu öndərin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Nazir deyib ki, III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərin içərisində ən vacibi “Heydər Əliyev adına” fotoalbomun təqdimatıdır. Çünki Ulu öndər elm və təhsil, ədəbiyyat nümayəndələrinə qayğı ilə yanaşırdı, kitablara xüsusi böyük əhəmiyyət verirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxışında bütün həyatını və fəaliyyətini xalqımızın yüksəlişinə həsr etmiş unudulmaz insan, böyük azərbaycanlı, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Bildirib ki, Ulu öndərin Azərbaycana sevgisi Azərbaycan xalqının inkişafının əsas dayağıdır. B.Muradova diqqətə çatdırıb ki, Ümummilli lider ölkəmizi inkişaf etdirməyin yolunu mədəniyyətdə görürdü. Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyasında və təbliğində müstəsna xidmətlərini xatırladıblar.
Çıxışlarda vurğulanıb ki, “Heydər Əliyev adına” fotoalbomu Ulu öndərə xalqımızın sonsuz sevgisinin bariz nümunəsidir.
Təqdimat mərasimində, həmçinin Xalq artisti Ağadadaş Ağayev və Əməkdar artist Tünzalə Ağayeva Ulu öndərin unudulmaz xatirəsinə həsr olunmuş mahnılar ifa ediblər. Xalq artisti Məleykə Əsədovanın Ümummilli lider haqqında söylədiyi şeir alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42

