“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on birinci cildi çapdan çıxıb
12.10.2013 [10:51]
“Azərbaycanın dövlət rəhbərliyinin mövqeyi bundan ibarətdir ki, ölkələrimizin bütün maddi və mənəvi sərvətləri region və Avrasiya ölkələri xalqlarının rifahına və təhlükəsizliyinə xidmət etməlidir.
Azərbaycan Respublikası regional, beynəlxalq inteqrasiya və əməkdaşlıq proseslərinin fəal iştirakçısıdır. Ölkəmiz region və bütün dünya dövlətləri ilə qarşılıqlı surətdə faydalı iqtisadi və mədəni əlaqələr qurulmasında maraqlıdır. Azərbaycan bütün dünyada terrorizmə qarşı mübarizədə, regional təhlükəsizliklə bağlı tədbirlərdə, transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində birmənalı mövqeyi və fəaliyyəti ilə seçilir. Xüsusən beynəlxalq enerji layihələrində Azərbaycan həmişə əsas təşəbbüskarlardan və söz sahiblərindən biri olmuşdur. Bu gün biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin memarı olduğu “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinin reallaşmasının şahidiyik”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on birinci cildindən - dövlətimizin başçısının 2005-ci il iyulun 1-də Avrasiya Ölkələri Səkkizinci İqtisadi Zirvə Toplantısındakı çıxışından götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin ölkəmizə səfər etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropa Şurası Parlament Assambleyasının komitə və qrup rəhbərləri, həmçinin Misir, İran, Yaponiya, ABŞ, Qətər, Tailand və Gürcüstanın nüfuzlu dairələrinin nümayəndələri ilə görüşləri, dərin məzmunlu söhbətləri, çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr geniş yer alıb.
Kitabda dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində parlaq nitqi, mətbuat işçiləri, eyni zamanda, Daxili İşlər Nazirliyinin və bəzi polis orqanlarının rəhbərləri, idmançılar ilə görüşlərdəki çıxışları, tövsiyələri öz əksini tapıb.
Bu cilddə Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına, xalqımızın rifahı naminə aparılan geni islahatlara həsr olunmuş çıxış və nitqləri və digər materiallar da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On birinci cildə daxil olan materiallar 2005-ci ilin iyunundan avqustadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39

