/ / Bakıda Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilib
Bakıda Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilib
08.11.2013 [09:24]
Noyabrın 7-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilib. Tədbirdə MDB üzləri ilə yanaşı Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.
MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedyevin tədbir iştirakçılarına müraciəti oxunub.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iclası açaraq deyib ki, Azərbaycanda gömrük xidmətinin qədim tarixi var. Ölkəmizin qədim İpək Yolunun üzərində yerləşməsi onun qitələrarası ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini artırıb. Tarixi sənədlərdə göstərilir ki, karvan yollarının keçdiyi Azərbaycanda qədim və orta əsrlər dövründə gömrük vergisi toplayan orqanlar mövcud olub.
Tədbirin keçirilməsini yüksək qiymətləndirən A.Əliyev bildirib ki, gömrük xidməti orqanları dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. MDB-yə üzv olan dövlətlərin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığı narkotik və psixotrop maddələrin, silahın, terror qruplaşmalarının qanunsuz yollarla bir ölkədən digərinin ərazisinə keçirilməsinin qarşısını alır.
Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Aleksandr Vasilyev deyib ki, qloballaşan dünyada cinayətkar ünsürlər də yeni metodlardan istifadə etməyə çalışırlar ki, bu da bütün dövlətlərin gömrük xidmətinin işini və məsuliyyətini artırır. Hər il transmilli cinayətkar şəbəkələr Asiyadan Avropaya narkotik maddə və silah keçirməyə can atırlar. Bu cür qanunsuz əməllərin qarşısının alınması üçün yeni texnologiyalardan və metodlardan istifadə etmək zəruridir. Tədbirin məqsədinin MDB-yə üzv ölkələrin gömrük xidmətlərinin bu sahədə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu diqqətə çatdıran A.Vasilyev bildirib ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa qarşı apardığı mübarizə digər dövlətlər üçün nümunə ola bilər.
İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrük xidmətinin işinin təşkili” mövzusunda təqdimat keçirilib.
Təqdimatda qeyd olunub ki, Azərbaycanın dinamik iqtisadi inkişafı ilə əlaqədar olaraq müxtəlif dövlətlərlə ticarət dövriyyəsi və yüklərin daşınma həcmi artıb. Ona görə də Azərbaycan Respublikasının Gömrük Məcəlləsi avropalı mütəxəssislərin iştirakı ilə hazırlanıb. Gömrük-keçid məntəqələri tikilərək müasir standartlar səviyyəsinə gətirilib, yeni texniki avadanlıqlar quraşdırılıb, sənədləşmə işi tamamilə komputerləşdirilib.
Bildirilib ki, yeni texniki vasitələrin köməyi ilə cari ildə bir fakt üzrə 116, ikinci fakt üzrə isə 27 kiloqram heroinin gömrük nəzarətindən qanunsuz olaraq keçirilməsinin qarşısı alınıb. Bürokratik əngəllərin aradan qaldırılması və məntəqələrdə vaxt itkisinə yol verməmək məqsədilə “bir pəncərə” prinsipi tətbiq edilir ki, bunun da nəticəsində yüklərin gömrük nəzarətindən keçirilməsinin sənədləşməsi, cərimələrin, rüsum və vergilərin ödənilməsi xeyli asanlaşıb. Vətəndaşların şikayətlərinə operativ şəkildə baxılması üçün “qaynar xətt” yaradılıb.
Qeyd olunub ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək iybilmə qabiliyyətinə malik olan öyrədilmiş itlərdən geniş istifadə olunur. Bu məqsədlə kinoloji xidmət yaradılıb ki, burada da itlərə xüsusi təlim keçirilir. Hazırda xidmətdə 40 it var.
Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi zəbt edilib və beynəlxalq təşkilatların nəzarətindən kənarda qalıb. Dəqiq faktlarla sübut olunub ki, işğalçılar nəzarətsiz ərazilərdən tranzit kimi istifadə edərək narkotik vasitələr və silah qaçaqmalçılığı ilə məşğul olur, əldə edilən pullar isə qanunsuz silahlı dəstələrin saxlanılmasına yönəldilir. Ermənistanın belə hallara bilərəkdən göz yumması region dövlətlərinin təhlükəsizliyini təhdid altına alır.
İclasda MDB-yə üzv dövlətlərin gömrük xidməti hüquq mühafizə bölmələri əməkdaşlarının ixtisaslarının artırılması sahəsində əməkdaşlıq məsələlərinə dair Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 2013-cü il 23 may tarixli qərarının və Komitənin 2012-2013-cü illər üçün iş planının icrası və perspektiv vəzifələrin müəyyən edilməsi barədə işçi qrupun hesabatı dinlənilib.
Nahardan sonra gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə işçi qrupunun əsasnaməsinin, tərkibinin və 2014-2015-ci illər üçün iş planının təsdiq edilməsi və digər məsələlərə baxılıb.
Bununla da MDB-yə üzv olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

