Azərbaycanın hərbi sənaye müəssisələrində 750 adda məhsul istehsal olunur
09.11.2013 [13:18]
Respublikamızda istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə maraqla qarşılanır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları öz növbəsində ölkəmizdə ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli baza yaradıb. Belə ki, respublikamızın maliyyə imkanlarının artması müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verir. Bu isə son illərdə ölkəmizin hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsini, həmçinin, sahənin dinamik inkişafını sürətləndirir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi nəticəsində ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazası möhkəmləndirilib. Bunu oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən də aydın görmək olar. Belə ki, həmin mərasimdə dövlət başçısı İlham Əliyev xalqa müraciətində Ona etimad göstərərək yenidən Prezident vəzifəsinə seçən vətəndaşlara minnətdarlığını bildirib və bundan sonra da doğma xalqına ləyaqətlə xidmət edəcəyinə, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyinə söz verib, həmçinin, konkret hədəflərini açıqlayıb. Xarici siyasətimizin prioritet istiqamətinin sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılıb: “Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbitəyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin siyasətin davamı olaraq, respublikamızın müharibə vəziyyətində olmasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, həmin ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradılıb.
Ötən illər ərzində mühüm işlərin görülməsi nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, MSN-nin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Son 2 ildə bu müəssisələrdə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılıb. Məsələn, “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilə bilər. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil müasir texnologiyalar istehsal olunur.
Eyni zamanda, respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin texniki imkanlarının daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər görülür. Məsələn, “İqlim” və “Dalğa” kimi elm-istehsalat müəssisələrinin fəaliyyətə başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Bu strateji obyektlər quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalına görə mühüm əhəmiyyətə malikdir.
Cari il iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya və Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışı da xüsusi əhəmiyyətə malikdir. Sadalanan müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə müdafiə sənayesinin inkişafına müsbət təsir göstərəcək. Belə ki, hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür. Bu səbəbdən onların utilizasiya edilməsi zərurəti yaranır. Bu məqsədlə, Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılıb. Zavodda, həmçinin, döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcək. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaq. Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Burada texniki və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud normativ sənədlərə uyğun olaraq lazımi tədbirlər görülüb.
Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin “Araz” zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılıb. Burada 5 növ “Berdan” tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulub. Sözügedən doldurma mərkəzi il ərzində birnövbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir.
“Araz” zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulub. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı mümkün olacaq.
İriçaplı patronların istehsalı mərkəzində isə il ərzində üçnövbəli iş rejimində 3 növdə 7 milyon patron istehsal olunacaq.
Dövlət başçısının da qeyd etdiyi kimi, hazırda MSN tabeli müəssisələrində 750 adda məhsul istehsal olunur. Cari ilin 9 ayının yekunlarına əsasən, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrdə 2013-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
2013-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artıb. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilib. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq, nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və təcrübi konstruktor işləri uğurla aparılır.
Onu da qeyd edək ki, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə maraqla qarşılanır. Mayın 7-dən 10-dək İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində MSN məhsulları nümayiş etdirilib. İlk dəfə beynəlxalq sərgidə iştirakı 27 adda məmulatla “IDEF-2009” sərgisinə qatılmaqla başlayan MSN bu sərgidə 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. “IDEF-2013” sərgisində ilk dəfə olaraq 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş olunub. Nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
Yeri gəlmişkən, gələn il Beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX-2014”-ün isə Azərbaycanda keçirilməsi planlaşdırılıb. “ADEX-2014” sərgisi ilə bağlı aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yardılan Təşkilat Komitəsinin ilk iclası artıq keçirilib və sərginin təşkili ilə bağlı müzakirələr aparılıb.
Bütün bunlar isə onu deməyə əsas verir ki, hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda həm də hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək. Bu fakt həm də Azərbaycana daxili potensialı hesabına işğal altında olan torpaqlarını azad etmək imkanını verir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

