Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran ABŞ-nin zərbələr endirdiyi nüvə obyektlərinə AEBA müfəttişlərinin girişinə icazə verməyib

İran ABŞ-nin zərbələr endirdiyi nüvə obyektlərinə AEBA müfəttişlərinin girişinə icazə verməyib

02.07.2026 [14:47]

İran hakimiyyəti ABŞ-nin zərbələr endirdiyi nüvə obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinin girişinə icazə verməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.

İran mediasının yaydığı məlumata görə, o, "AEBA müfəttişlərinin bombalanmış obyektlərə giriş əldə etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir", – deyə vurğulayıb.

Qalibaf qeyd edib ki, İranda AEBA müfəttişlərinin fəaliyyəti ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən ciddi şəkildə tənzimlənir.

Xatırladaq ki, ABŞ bu il İranın bir neçə nüvə obyektinə zərbələr endirib. Ehtimal olunur ki, həmin obyektlərin bəzilərində yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları saxlanılırdı.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31