/ / ABŞ-ın ispandilli “Eurasia Hoy” portalında “Şahdəniz-2” üzrə son investisiya qərarı ilə bağlı məqalə dərc olunub
ABŞ-ın ispandilli “Eurasia Hoy” portalında “Şahdəniz-2” üzrə son investisiya qərarı ilə bağlı məqalə dərc olunub
08.01.2014 [08:49]
Yanvarın 5-də ABŞ-ın ispandilli “Eurasia Hoy” informasiya portalında “Azərbaycan qazının layihəsi üzrə son investisiya qərarı qəbul edilmişdir” sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, dekabrın 17-də Bakıda bir neçə Avropa ölkəsi rəhbərlərinin iştirakı ilə “Şahdəniz-2” yatağının işlənməsi və Azərbaycan qazının Avropaya nəql edilməsi layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına həsr edilmiş təntənəli mərasim keçirilib.
Məqalənin müəllifləri göstərirlər ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağının təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrə bərabərdir. “Eurasia Hoy” informasiya portalında qeyd edildiyi kimi, son iki onillikdə kəşf edilmiş ən iri yataqlardan biri olan bu yataq Azərbaycanın regionun nüfuzlu mərkəzinə çevrilməsinə kömək edib. “Şahdəniz” yatağından çıxarılan qazın nəqlinə hələ 2000-ci ildə Cənubi Qafqaz qaz boru kəməri (bu layihə daha çox Bakı-Tbilisi-Ərzurum boru kəməri adı ilə tanınır) vasitəsilə başlanıb. Layihənin ikinci mərhələsində isə həmin qaz avropalı istehlakçılara birbaşa Cənubi Avropa marşrutu vasitəsilə çatdırılacaq.
Məqalədə bildirilir ki, layihənin Avropa üçün maliyyə baxımından məqsədəuyğunluğu mövzusunda müzakirələr uzun müddət davam edib və bu səbəbdən Azərbaycan rəhbərliyi layihənin reallaşdırılmasını sürətləndirməyə qərar verib. Trans-Anadolu layihəsi barədə təşəbbüs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ölkənin yaxın müttəfiqi Türkiyənin vasitəsilə irəli sürülüb. Anadolu yarımadasından keçən Trans-Anadolu qaz kəməri mövcud Bakı-Tbilisi-Ərzurum qaz kəmərini Yunanıstan, Albaniya və İtaliya ərazilərindən keçəcək Trans-Adriatik qaz kəməri ilə birləşdirəcək.
Müəlliflər əsas diqqəti Prezident İlham Əliyevin “Şahdəniz-2” üzrə son investisiya qərarının imzalanması mərasimindəki nitqində söylədiyi “Bu layihə bizim regionun energetik xəritəsini dəyişdirəcək və ölkəmizin tarixi inkişafına şərait yaradacaqdır” fikrinə yönəldiblər. Bakıda imzalanmış sazişə əsasən, “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinə 35 milyard dollar qədər sərmayə qoyulması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

