Nazirlər Kabinetinin iclasında...
18.07.2026 [12:56]
Əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub
İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb. Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək.
“Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”, - deyə Ə.Əsədov əlavə edib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib.
İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

