Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir
18.02.2014 [09:32]
Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər və aksiyalar keçirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımını əks etdirən videoçarxın nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-də və 16-da gün ərzində 5 dəqiqədən bir Xocalı soyqırımı ilə bağlı 20 saniyəlik videoçarx göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı faciəsinin baş verdiyi tarix göstərilib. Həmçinin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin qurbanlarını anır”, “Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8” “Azərbaycana qarşı insanlıq faciəsi” yazıları bir-birini əvəz edib. Videoçarx fevralın 25-dən 27-dək gün ərzində nümayiş etdiriləcək.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara məlumat verib.
Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və ona siyasi-hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıblar. Hazırda işğalçı Ermənistanın prezidenti S.Sarkisyanın bu soyqırımında bilavasitə iştirakı və onun insanlığa sığmayan bu cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməsi qəti şəkildə pislənilib.
Anım mərasimində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, bu ölkənin ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

