/ / Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
20.02.2014 [09:27]
Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşak müftisi Xocalı qurbanlarının ruhuna dualar oxuyub.
Mərasimi açan Uşak bələdiyyəsinin sədri Əli Ərdoğan bildirib ki, onun rəhbərlik etdiyi bələdiyyə məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması haqqında qərar qəbul edib və şəhərin ən görkəmli yerində möhtəşəm heykəl qoyulub. O vurğulayıb ki, Xocalı qətliamı Türkiyənin də faciəsidir və türk xalqı azərbaycanlı qardaşlarının sevincini paylaşdığı kimi, kədərini də bölüşür.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında deyib ki, bu möhtəşəm abidə Ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, sevincini və kədərini paylaşan, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın həmrəyliyinin daha bir rəmzidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Ərəstun Mehdiyev bu möhtəşəm abidənin ucaldılmasına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına, Uşak bələdiyyəsinə təşəkkürünü bildirib.
Abidənin müəllifi Mert Kılınç bu abidənin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin rəmzi olmasından məmnunluğunu ifadə edib. O, belə abidələrin başqa şəhərlərdə də ucaldılmasının zəruriliyini vurğulayıb.
Sonra abidənin üzərindəki örtük götürülüb.
Mərasim iştirakçıları abidənin ucaldığı parkda Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgiyə baxıblar.
Mərasimdən sonra Uşak Universitetində “Xocalını unutma!” mövzusunda seminar keçirilib.
Uşak Universitetinin rektoru, professor Sait Çelik seminarı açaraq bildirib ki, hər il universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. O, Azərbaycanda gedən sürətli inkişaf proseslərini qürurla izlədiklərini söyləyib.
Xocalı soyqırımı haqqında məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib ki, Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Uşakda hər il anım mərasimlərinin keçirilməsi bizi keçmişimizi unutmamağa çağırır. O, Türkiyədə təhsil alan gənclərə müraciətlə bildirib ki, gələcəkdə millətimizin başına bu cür müsibətlərin gəlməməsi üçün onlar layiqli vətəndaş olmalı və yaxşı təhsil almalıdırlar.
Seminarda çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycanın ən faciəli gününü əks etdirən möhtəşəm bir abidənin açılışında iştirak etdik. Bu soyqırımı müstəqillik yoluna qədəm qoymuş Azərbaycana, eləcə də bütün türk dünyasına qarşı törədilmiş bir cinayət idi. Bu gün də Türkiyə və Azərbaycana qarşı müəyyən mərkəzlərdən fitnəkar hərəkətlər davam edir. Həmin ağır gün dinc əhalini qətlə yetirən erməni cəlladları özlərini məzlum xalq kimi təqdim edərək saxta iddialarla Türkiyəni 1915-ci ildə “soyqırımı” törətməkdə ittiham edirlər. Bəzi beynəlxalq qüvvələr onların bu fitnə-fəsadından türklərə qarşı istifadə etmək istəyirlər. Bu hadisələrin araşdırılması və gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasında universitetlərin üzərinə böyük vəzifələr düşür.
Milli Məclisin deputatı Aqil Abbas və Türkiyədəki Azərbaycanlıların Mədəniyyət və Təhsil Vəqfinin sədri Erol Göllü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Anadoluda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan söhbət açıblar.
Seminar iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə baxıblar.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17

