“Onlayn media: peşəkarlıq və məsuliyyət”
28.02.2014 [09:04]
Mətbuat Şurasının təşkil etdiyi “dəyirmi masa”da bu məsələlər müzakirə olunub
Fevralın 27-də Azərbaycan Mətbuat Şurasında (MŞ) “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə MŞ-nin idarə heyətinin üzvləri, onlayn xəbər portallarının baş redaktorları, KİV nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
İnternetin cəmiyyətdə ictimai fikrin formalaşmasında mühüm rol oynadığını deyən MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, əgər 10 il əvvəl ictimai fikrə televiziyalar təsir edirdisə, son illərdə onlayn media bu sahədə əsas rol oynamaqdadır. Aparılan sorğulara əsasən, hazırda xüsusən paytaxt sakinlərinin informasiya mənbəyinin 40 faizini internet, 40 faizini televiziya kanalları, digər hissəsini isə qəzet, jurnal və başqa media orqanları təşkil edir. Buna baxmayaraq, internetin rolunun artaraq 60-70 faizə çatacağı proqnozlaşdırılır.
İnternet medianın problemlərindən danışan Ə.Amaşov vurğulayıb ki, əgər onlayn jurnalistika KİV sayılırsa, onlar gələcəkdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun büdcəsi artdıqca bu qurumun maliyyə yardımından faydalana biləcəklər.
Onlayn jurnalistikada mənbənin etibarlılığının önəmini diqqətə çatdıran MŞ sədri deyib ki, internet media faktların yoxlanılmasını arxa plana keçirməməlidir. Ə.Amaşov bildirib ki, internet media ilə bağlı bu il bir neçə beynəlxalq konfrans və tədbirlər təşkil olunacaq, qabaqcıl xarici ölkələrin sahə üzrə mütəxəssisləri ilə görüşlər keçiriləcək.
MŞ-nin internet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov xəbər portallarına kiberhücumlardan danışaraq bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradıldığını diqqətə çatdırıb, xəbər portallarının rəhbərlərini bu qurumla əməkdaşlığa dəvət edib. Onlayn mediada plagiatçılığın çox yayıldığını deyən E.Baimov bu sahədə də etik normaların gözlənilməsinin vacibliyini vurğulayıb.
MŞ-nin idarə heyətinin üzvü Azər Həsrət isə xəbər portallarının sayının sürətlə artdığı bir zamanda ana dilimizin qorunmamasından bəhs edib. O bildirib ki, xəbər portalları keyfiyyətdən çox kəmiyyətə üstünlük verirlər. Bu isə Azərbaycan dilinin normalarının kobud şəkildə pozulması ilə müşahidə olunur. Xəbər yarışı dövründə bu vacib amili arxa plana keçirmək olmaz.
Onlayn mediada jurnalistlərin peşə davranışı qaydalarına əməl etmələrinin önəminə diqqət çəkən A.Həsrət deyib ki, bəzi saytlarda hər hansı bir xəbərin şərhlərində qeyri-etik ifadələrin işlədilməsi çoxalıb. Bunun təhlükəli hal olduğunu vurğulayan idarə heyətinin üzvü, bunun qarşısının alınması üçün oxucuların həqiqi adı ilə qeydiyyatdan keçdikdən sonra şərh yazılmasına icazə verilməsi təklifini irəli sürüb.
Sonra “dəyirmi masa” müzakirələrlə davam edib. Tədbirdə Mətbuat Şurasının elan etdiyi “İnternet media ili” çərçivəsində nəzərdə tutulan işlər barədə məlumat verilib, eyni zamanda, internet mediada peşəkarlıq məsələlərinə toxunulub.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

