/ / Mətbuat Şurasında Sevastopol Dövlət Radiosunun “Qobustan” proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib
Mətbuat Şurasında Sevastopol Dövlət Radiosunun “Qobustan” proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib
28.02.2014 [09:10]
Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində Ukraynanın Sevastopol Dövlət Radiosunda Azərbaycanla bağlı yayımlanan “Qobustan” proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan, MŞ sədri Əflatun Amaşov bildirib ki, Həbib Əliyevlə görüş Şuranın “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində baş tutan sayca ikinci tədbirdir. Şuranın Beynəlxalq münasibətlər komissiyası tərəfindən bu layihənin gerçəkləşdirilməsində məqsəd xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdır.
Əflatun Amaşov Həbib Əliyevin 1997-ci ildən Ukraynanın Sevastopol Dövlət Radiosunda fəaliyyət göstərdiyini, bu müddətdə Azərbaycanla bağlı yüzlərlə material hazırlayaraq Ukrayna ictimaiyyətinə təqdim etdiyini vurğulayıb. “Həbib müəllim həmin materiallarda Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırıb. Eyni zamanda bu işə ölkəmizlə bağlı reallıqların dünyaya tanıdılmasında problemlərin yaşandığı bir vaxtda başlayıb. Mətbuat Şurası bütün bunları nəzərə alaraq Həbib Əliyevi özünün diplomu ilə təltif etmək qərarına gəlib”, - deyən Ə.Amaşov Şuranın plaketini H.Əliyevə təqdim edib.
MŞ-nin Beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, xarici ölkələrdə bütün sahələrdə çalışan soydaşlarımızın uğuru sevindirici haldır. “Bu adamlar vətənlərində fəaliyyətlərinə maraq və diqqət görəndə sevinirlər. MŞ də məhz bunu əsas götürərək “Tanıyaq tanıdaq” layihənin icrasına başlayıb. Hesab edirəm ki, kütləvi informasiya vasitələrinin fəal dəstəyi ilə biz belə həmvətənlərimizi daha yaxından tanıtdıracağıq. Bu mənada Həbib Əliyevlə tanışlığımızın da müsbət nəticələr verəcəyinə inanıram”.
Daha sonra MŞ İdarə Heyəti üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları çıxış edərək Həbib Əliyevin uzun müddətdən bəri qərib ölkədə Azərbaycanı tanıtdırmaq kimi mühüm missiya yerinə yetirdiyini vurğulayıb, keçirilən görüşün onun əməyinə qiymət mənasında əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Sonda çıxış edən Həbib Əliyev həyat və fəaliyyəti barədə geniş söhbət açıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

