Azərbaycan ildən-ilə öz mövqelərini möhkəmləndirir
15.03.2014 [10:38]
Mübariz Qurbanlı: Azərbaycanın iqtisadi potensialı, ölkənin başqa dövlətlərdə yatırım imkanları, tolerantlıq və digər məqamların təbliğinə ehtiyac var
“2013-cü il Azərbaycan üçün uğurlu il olub. Ötən ildə iqtisadi baxımdan göstəricilərimiz daha da yüksəlib. Belə ki, ümumi daxili məhsulun artımına görə, Azərbaycan dünyada öndə gedən ölkələrdən biri olub. Dünyada hökm sürən qlobal iqtisadi böhranın olmasına baxmayaraq, ölkədə həyata keçirilən sosial proqramların heç biri dayanmayıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dünən Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili ötən il ərzində geniş quruculuq-abadlıq işlərinin aparıldığını bildirərək qeyd edib ki, bütün bunlar əhalinin əhval-ruhiyyəsinin və güzəranının yaxşılaşmasına böyük təkan verib. M.Qurbanlı, həmçinin, 2013-cü ilin siyasi baxımdan da uğurlu il olduğunu vurğulayıb: “2013-cü il seçkilər ili oldu və həmin seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev Azərbaycan xalqının böyük dəstəyini qazandı”.
YAP İcra katibinin müavini hökumətin 2013-cü illə bağlı hesabatının yüksək səviyyədə hazırlandığını və bütövlükdə, ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirdiyini bildirib. Onun sözlərinə görə, 2013-cü ildə qəbul etdiyimiz qərarlar ölkədə aparılan sosial-iqtisadi islahatların daha geniş şəkildə həyata keçirilməsinin hüquqi bazasını yaradıb. Millət vəkili Azərbaycanın düzgün siyasi yolla irəliyə getdiyini və ildən-ilə öz mövqelərini möhkəmləndirdiyini söyləyib. Həmçinin, M.Qurbanlı mətbuatda bəzən qeyri-obyektiv, dəqiq olmayan məlumatların yazıldığını bildirib: “Sözsüz ki, bütün bunlar da bizim tərəfimizdən inkar edilir və haqlı olaraq tənqid edilir”.
“Ölkəmizin seçdiyi strategiya və taktika çox doğrudur” - deyən, millət vəkili 2014-cü ilin “Sənaye ili” elan olunmasının əhəmiyyətini vurğulayıb: “Biz bunu 10 il əvvəl etsəydik, reallıqda mümkün olmazdı və qarşımıza qoyduğumuz məqsədi həyata keçirə bilməzdik. Buna görə də, bu məsələlər sistemli şəkildə həyata keçirilməlidir”.
M.Qurbanlı, eyni zamanda, bildirib ki, gələcəkdə Azərbaycanın təbliği ilə bağlı məsələlərə də diqqət yetirilməlidir. Onun fikrincə, Azərbaycanın iqtisadi potensialı, ölkənin başqa dövlətlərdə yatırım imkanları, tolerantlıq və digər məqamların təbliğinə ehtiyac var.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

