/ / Baş nazirin müavini Əli Həsənov: Məcburi köçkünlərin problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma yurd-yuvalarına qayıtmalarıdır
Baş nazirin müavini Əli Həsənov: Məcburi köçkünlərin problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma yurd-yuvalarına qayıtmalarıdır
05.04.2014 [10:55]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Əli Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Baş nazirin müavini ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, bu sahədəki əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Səfirlə əvvəlki görüşlərini xatırladan Əli Həsənov qeyd edib ki, bu insanların çoxsaylı problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma yurd-yuvalarına qayıtmalarıdır ki, Azərbaycan Prezidenti də bu istiqamətdə ciddi səy göstərir.
Səfir R.Morninqstar görüşə gəlməyinin əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə verməkdən, bunun üçün müxtəlif infrastruktur və digər layihələri reallaşdırmaqdan ibarət olduğunu deyib.
Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratlardan danışan səfir onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaqdan ibarət olmasından məmnunluğunu bildirib, ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirib. Bu sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyən diplomat Azərbaycanda gedən iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaq bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

