Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub

Siyavuş Novruzov: Bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub

25.04.2014 [09:40]

“Elton Məmmədovu yaxşı tanıyıram, deputat həmkarımdır, özü ilə də çox yaxşı münasibətlərim var. Ona qarşı kimsə hər hansı yazılar yazırsa, mənim adımdan istifadə etməsin”.
Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov Elton Məmmədov və onun oğlu haqqında hər hansı fikir söyləmədiyini deyib: “Elton Məmmədovun övladlarının pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub”.

Paylaş:
Baxılıb: 1428 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31