Cənubi Qafqazda cazibə mərkəzi: səmərəli əməkdaşlıq modeli
16.05.2014 [10:18]
Bir neçə gün əvvəl Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının tarixi bir görüşü keçirilib. Onu “Tbilisi zirvəsi” də adlandırırlar. Orada regional və qlobal miqyasda əhəmiyyəti olan məsələlər müzakirə edilib, vacib razılıqlar əldə olunub. Hər üç ölkə rəhbəri nəzərdən keçirilən məsələlərdə həmfikir olduqlarını bəyan ediblər. Onlar əsas prinsip kimi qarşılıqlı-faydalı əməkdaşlığı seçdiklərini bildiriblər. Regional və qlobal səviyyədə baş verən siyasi proseslərə münasibət ifadə olunub. Ekspertlər bu cür əməkdaşlıq formatının perspektivini yüksək qiymətləndirirlər.
Faydalı əməkdaşlıqdan inteqrasiyaya: yeni model
6 may 2014-cü il Cənubi Qafqazın tarixində ayrıca qeyd edilə bilər. Həmin gün Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları müasir dünya üçün nümunə sayıla bilən razılaşmalara nail olublar, əməkdaşlığın strateji aspektlərini bərabərhüquqlu tərəfdaşlar kimi müzakirə ediblər. Prezident İlham Əliyev zirvə görüşü ilə bağlı verdiyi bəyanatda bildirib: “Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda, dünya miqyasında böyük maraq doğurur. Bu, əslində, nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər” (bax: Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər / AzərTAc, 6 may 2014).
Bu fikirlərdə Tbilisi zirvə görüşünün mahiyyəti və məzmunu lakonik şəkildə ifadə edilib. Tədbirin sırf əməkdaşlığa, regional inteqrasiyaya, iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırılmasına və dünyanın enerji təhlükəsizliyinin təmininə xidmət etməsi tarixi əhəmiyyəti olan məsələdir. Maraqlıdır ki, cəmi bir neçə saatlıq müzakirələrdə prezidentlər olduqca geniş sahələri əhatə edən, xüsusi geosiyasi məna daşıyan və strateji xarakterli razılıqlar əldə ediblər. Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçıları bütün məsələlər üzrə ortaq mövqeyə gəldikləri haqqında fikir bildiriblər. Bu, sözün həqiqi mənasında Cənubi Qafqazda yeni cazibə mərkəzinin formalaşması anlamına gəlir.
Bu barədə Türkiyə Prezidenti Abdullah Gül verdiyi bəyanatda iki dəfə fikir bildirib. Qardaş ölkənin başçısı deyib: “Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində çox böyük bir cazibə mərkəzi yaratmaqdadır... Bu üç ölkənin səmimi, yaxın əlaqələri və əməkdaşlığı bölgəni bir cazibə mərkəzinə çevirməkdədir və bu cazibənin də gücü getdikcə artmaqdadır” (bax: əvvəlki mənbəyə).
Mürəkkəb bir regionda əməkdaşlığa xidmət edən geosiyasi cazibə mərkəzinin formalaşması çox mühüm hadisədir. Həmin bağlılıqda Azərbaycan Prezidentinin vurğuladığı kimi, bu model bütün dünya üçün nümunə ola bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda fəaliyyət göstərən regional və qlobal miqyaslı təşkilatlarda müəyyən problemlər var. Onlar kimlərinsə şəxsi marağa görə başqaları ilə səmimi davranmaması, “ikili standart” siyasəti yeritməsi kimi hallardan meydana gəlir. Azərbaycan, Türkiyə və Gürcüstan üçlüyü isə yalnız qarşılıqlı fayda verən layihələrə qol qoyurlar.
Məsələnin digər vacib aspekti bu üçlüyün əməkdaşlığının dünya miqyasındakı proseslərə təsir edə bilməsi ilə əlaqəlidir. Zirvə görüşü göstərdi ki, Bakı, Ankara və Tbilisi enerji təhlükəsizliyi və nəqliyyat sahələrində qlobal səviyyədə əhəmiyyəti olan proqramlar həyata keçirməkdə qətiyyətli mövqeyə malikdirlər. Prezident İlham Əliyev bununla bağlı çox gözəl fikirlər söyləyib. O, deyib: “Bu gün burada aparılan danışıqlar və müzakirələr dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır. Dünya gündəliyinin demək olar ki, birinci yerindədir. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edibdir. Bu, bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir” (bax: əvvəlki mənbəyə).
Bunun konkret nümunəsi “Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşasıdır. Bu layihələrə Azərbaycan və Türkiyə 45 milyard dollar sərmayə qoyacaq. Kifayət qədər nəhəng işdir. Gürcüstan Prezidenti bunların “Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr” olduğunu vurğulayıb. A.Gül isə TANAP-ın regionun geosiyasi əhəmiyyətini ortaya çıxardığını qeyd edib (bax: əvvəlki mənbəyə).
Təhlükəsizlik: geosiyasi və iqtisadi faktorun sintezi
Belə görünür, hər üç dövlət həyata keçirilən layihələrin iqtisadi dividendi ilə yanaşı, geosiyasi əhəmiyyətini də çox gözəl dərk edirlər. Bu o deməkdir ki, artıq Cənubi Qafqazda yeni güc mərkəzi formalaşır ki, əsas məqsədi sülh, barış, iqtisadi əməkdaşlıqdır. Maraqlıdır ki, Tbilisi zirvəsinin iştirakçıları başqa dövlətlərin də onlara qoşula biləcəyini bəyan ediblər. Bu, prinsipial məqamdır. Çünki burada geniş bir geosiyasi məkanda səmərəli əməkdaşlığı təmin edən ciddi təşkilatın formalaşması imkanlarının olmasından söhbət gedir.
Bu formatın bütövlükdə postsovet məkanında uğurlu ola biləcəyinə inam çoxdur. Mümkündür ki, həmin üçlüyə yeni dövlətlər də qoşulsun. Ancaq etiraf edilməlidir ki, Ermənistan kimi təcavüzkar ölkə belə bir təşkilatın möhkəmlənməsində maraqlı deyil. Məsələ yalnız onun Azərbaycanla münaqişə vəziyyətində olmasında deyil. Azərbaycan, Türkiyə və Gürcüstan Tbilisi görüşündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Bu isə rəsmi Yerevanın mövqeyinə uyğun deyil. Ermənilər Krımın ilhaqını tanımağa üstünlük veriblər. Bunun səbəbi aydındır. Həmin aspektdə Ermənistana beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərən təşkilatlar sərf etmir.
Bunlar Cənubi Qafqazda Ermənistanın hansısa alternativ bir təşkilat yaratması istiqamətində addım atmasına aparıb çıxara bilərmi? Hesab etmirik ki, Yerevan buna qadirdir. Lakin Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığının inkişafına mane olmağa çalışacağı tamamilə gözləniləndir. Yəni bu kontekstdə də Ermənistan destruktiv rol oynaya bilər. Məsələnin bu tərəfi regionun təhlükəsizliyinin təmini üçün Ankara, Bakı və Tbilisinin birgə səylər göstərməsi zərurətinin meydana gəldiyini təsdiq edir.
Əslində, Tbilisidə dövlət başçıları bunu nəzərə aldıqlarının işarəsini verdilər. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili verdiyi bəyanatda vurğulayıb: “Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr, o cümlədən bu əməkdaşlığın genişləndirilməsi barədə danışdıq. Bütün bunlar regionun sabitliyinin qarantıdır. Biz vurğuladıq ki, region daha sabitdir və ölkələrimiz daha çox sabitliyə nail olmaqda maraqlıdır. Ölkələrimizin rəhbərləri bu prosesə öz töhfələrini verməyə hazır olduqlarını bildirdilər. Bizim siyasətimiz, bizim ambisiyamız məhz budur” (bax: əvvəlki mənbəyə).
Türkiyə, Azərbaycan və Gürcüstanın regionun təhlükəsizliyinə iqtisadi və energetik layihələr kontekstində yanaşmaları olduqca mühüm faktordur. Sirr deyil ki, indiki mərhələdə, hətta böyük dövlətlər təhlükəsizliyi başqalarının maraqlarını nəzərə almadan təmin etməyə meyillidirlər. Belə mövqe daim ziddiyyətlərin meydana gəlməsinə və regional miqyasda ixtilaflara səbəb olur. Hazırda dünyanın müxtəlif guşələrində müşahidə olunan münaqişələr bunu təsdiq edir. Tbilisi zirvəsinin iştirakçıları isə məqsədlərinin əsasına qarşılıqlı fayda gətirən əməkdaşlığı qoyurlar. Bu mənada Xəzər, Qara və Aralıq dənizlərinin birləşdirilməsi nəhəng regional əməkdaşlıq proqramının həyata keçirilməsi deməkdir. Bu prosesin yeni perspektivli və demokratik prinsiplərə əsaslanan beynəlxalq təşkilatın meydana gəlməsinə aparıb çıxarması tamamilə gözlənilən məqamdır.
Bütün bunlar Cənubi Qafqazda çox səmərəli ola biləcək bir təşəbbüsün meydana gəldiyini nümayiş etdirir. Azərbaycan, Türkiyə və Gürcüstan regionda mürəkkəbləşməkdə olan geosiyasi dinamikaya konkret məzmun vermək istiqamətində vacib addım atıblar. Buna qonşu dövlətlərin hansı reaksiyanı verəcəyini demək çətindir. Rusiya, İran, Ermənistan və Mərkəzi Asiya dövlətlərinin öz maraqlarının olduğunu inkar etmək olmaz. Ancaq o da bir həqiqətdir ki, Bakı, Ankara və Tbilisi hər bir dövlət üçün sərfəli ola bilən əməkdaşlıq modeli təklif edirlər. Həmin aspektdə şərti olaraq “üçlük” adlandırılan bu ölkələrin yaratdıqları format Cənubi Qafqazın yeni cazibə mərkəzidir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15

