Xaricdə ilk dəfə olaraq Azərbaycana məxsus Logistika mərkəzi yaradılır
01.07.2014 [09:46]
İyun ayının 28-də Qazaxıstanın Aktau şəhərində ilk dəfə olaraq ölkə xaricində inşa ediləcək Azərbaycana məxsus “Azərsun İstehsal və Logistika Mərkəzi”nin təməlqoyma mərasimi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev və “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozalin iştirakı ilə keçirilib. Təməlqoyma mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğulayıb.
Daha sonra çıxış edən “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozal hər kəsi müqəddəs Ramazan ayının gəlməsi münasibəti ilə təbrik edib və Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, bu mühüm layihənin icrasının “Azərsun Holdinq” tərəfindən reallaşdırılmasını şirkətə göstərilən böyük etimad kimi qiymətləndirib. Abdolbari Goozal logistika sahəsində “Azərsun Holdinq”in böyük təcrübəyə malik olduğunu bildirib və rəhbərlik etdiyi şirkətin Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəyini vurğulayıb.
Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev isə çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb. Akim Bakıda olarkən “Azərsun Holdinq”in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu xatırlayıb, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini bildirib. Təməlqoyma mərasimindən sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.
Qeyd edək ki, Aktau İstehsal və Logistika Mərkəzi Azərbaycanın ölkədən kənarda ilk logistik mərkəzi olmaqla, sahibkarlar üçün yeni ixrac imkanları yaradacaq və onlara öz məhsullarını Orta Asiya bazarlarına çıxarmağa yardımçı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

