Çin Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır
02.07.2014 [10:07]
Çin Xalq Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyulun 1-də bu ölkənin xarici işlər naziri Van İ ilə görüşüb.
Görüşdə Van İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin uğurlu görüşünü xatırladıb, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət verdiklərini və ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiklərini bildirib.
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayında Çinə uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanın bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən E.Məmmədyarov ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın Çin ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləyib.
Görüşdə E.Məmmədyarov çinli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Nazir Van İ ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini başa düşdüyünü, Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. O, Çinin bu mövqeyinin prinsipial olduğunu bildirib.
Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov həmkarı Van İni Azərbaycana rəsmi səfərə dəvət edib. Van İ dəvəti məmnuniyyətlə qəbul edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

