/ / Amerikalı jurnalist ABŞ dövlətindən “Azadlıq” radiosunun maliyyələşdirilməsinin dayandırılmasını tələb edir
Amerikalı jurnalist ABŞ dövlətindən “Azadlıq” radiosunun maliyyələşdirilməsinin dayandırılmasını tələb edir
27.08.2014 [09:34]
Xədicə İsmayılovanın birtərəfli “mövqeyi” bu radionun başında çatlaya bilər
Məlum olduğu kimi, xarici antimilli dairələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının ön sırasında yer alan, “beşinci kolon” qismində milli maraqlarımıza zidd fəaliyyətlə məşğul olan bir sıra “sapı özümüzdən olan baltalar” ölkədə atılan hər bir uğurlu addımı, öz qavrayışları müstəvisində qələmə verməyə çalışırlar. Bu sırada jurnalist Xədicə İsmayılova da öz canfəşanlığı ilə seçilir. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova “Azadlıq” radiosuna rəhbərlik etdiyi dövrdə bunun üçün var gücü ilə səy göstəirirdi. Xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova istər ölkəmizdə keçirilən seçkilərə, istərsə də həyata keçirilən islahat, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bunu qulluq etdiyi və maliyyə dəstəyi aldığı dairələrin arzularına uyğun şəkildə təqdim etməyə çalışırdı. Hər məqamda özünü “müstəqil” kimi qələmə verən X.İsmayılova və rəhbərlik etdiyi qurum addımbaşı hansı maraqların əsiri olduğunu nümayiş etdirirdi. Maraqlıdır ki, hətta Qərbin bir sıra mühüm beynəlxalq qurumları belə, ölkəmizdə gedən inkişafı müsbət dəyərləndirdikləri halda X.İsmayılova cidd-cəhdlə həmin qurumalara bunun əksini “sübut” etməyə çalışırdı. Əlbəttə ki, bu “dirənişin” arxasında dayanan marağın nədən ibarət olmasını deməyə belə, hacət qalmır...
Amma artıq X.İsmayılovanın fəaliyyətinin ştrixləri dilindən düşürmədiyi “Qərb”də də aşkara çıxıb. Və onun ABŞ-ın maliyyələşdirdiyi radioda hansı məqsəd və maraqlara xidmət göstərməsi hər kəsə bəlli olub. Elə bu səbəbdəndir ki, artıq ABŞ-dan da X.İsmayılovanın “maliyyələşdirilməsinə” son verilməsi tələb olunur.
Belə ki, 19 illik təcrübəyə malik yəhudi əsilli amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”dakı məqaləsində qeyd edir ki, ABŞ Konqresi vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır. Müəllif xatırladır ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir: “Buna baxmayaraq, onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə, bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər”.
M.Yaffi bu fikrini əsaslandırmaq üçün “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edib. O, Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladır: “Buna baxmayaraq, “Azadlıq” radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək “Azadlıq” radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində “azərbaycanlılar “İran casusu” kimi ömürlük həbsə məhkum edildi” kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur”.
Müəllif senator Rocer Uakerin bu yaxınlarda ABŞ-ın regionda Azərbaycan kimi stabil müttəfiqinin olduğu, iqtisadi çiçəklənmə və azadlıq yolunu seçdiyi haqda açıqlamasından da sitat gətirib. M.Yaffi hesab edir ki, Konqres üzvləri senatorun dediklərinə diqqət yetirmək əvəzinə “Azadlıq” radiosunun Azərbaycan haqda “nə gəldi yazmasına” göz yumurlar. Müəllif yazır ki, “Azərbaycandan fərqli olaraq “Azadlıq” radiosunun erməni bölməsində mənfi heç nə yoxdur. Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sarkisyan Qərbdən üz çevirib və Gömrük İttifaqını seçib. Bəs “Azadlıq” radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?”
Bəli, həqiqətən də, X.İsmayılova və bu tip insanlar Azərbaycanın bütün uğurlarına - mədəni sahədə, elm və təhsilin inkişafında belə, əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşır, ermənipərəst mövqedən çxış edir, prosesləri özünəməxsus şəkildə dəyərləndirir. Maraqlıdır ki, X.İsmayılova və onun kimilərinin Azərbaycan dövlətinə və xalqına qarşı kini-küdurəti o qədər açıq şəkildə büruzə verilir ki, bundan hətta xarici ölkələrin vətəndaşları belə narazılıq edir. Onları maliyyələşdirənlər isə həqiqətən də, papaqlarını qarşılarına qoyub, yaxşı fikirləşməlidirlər. X.İsmayılovaya verilən pullar havaya sovrulur. Çünki onların nahaq sözləri, fikirləri boş sabun köpüyünü xatırladır. Boş sabun köpüyünə isə ildə milyonlar ayrılması, həqiqətən də, məntiqsizdir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

