Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “Müsavat”ın qurultayı gərgin şəraitdə keçəcək

Siyavuş Novruzov: “Müsavat”ın qurultayı gərgin şəraitdə keçəcək

27.09.2014 [10:44]

“Müsavat” başqanının müşaviri Səxavət Əlisoyun bu hədələyici bəyanatları onu deməyə əsas verir ki, Müsavat Partiyasının qurultayı o qədər də asan keçməyəcək”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səxavət Əlisoyun qurultayda uğurlu nəticə əldə edə bilməyəcəyi təqdirdə istefa verəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, burada hansı tərəfin seçilməsindən asılı olmayaraq, qarşı tərəf mütləq istefa verəcək: “Çünki müxalifətdaxili vəziyyət çox gərgindir. Onların bir-birinə qarşı ittihamları, fikirləri artıq pik həddə çatıb. Bu mənada hesab edirəm ki, “Müsavat”ın qurultayı çox gərgin şəraitdə keçəcək və mütləq birinci tərəf seçilərsə, ikinci tərəf istefa verəcək”.

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31