Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
02.10.2014 [09:53]
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümünü - növbəti peşə bayramını təntənəli şəkildə qeyd edib.
AzərTAc xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Prokurorluq işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya çıxan aktual problemlərlə bağlı elmi-praktiki konfrans keçirilib.
Konfransda ölkəmizdə səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki Limanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransı açan Baş prokuror Zakir Qaralov prokurorluq işçilərinin peşə bayramı gününü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini vurğulayıb.
Sonra Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışıblar.
Konfransın yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57

