Rusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edir
17.10.2014 [09:34]
Rusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edir.
Bu fikir oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya gələn “Dağıstan” böyük və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmilərinin nümayəndə heyəti ilə Səbail rayon İcra Hakimiyyətində keçirilən görüşdə səslənib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlara Bakının mərkəzi rayonu olan Səbailin tarixi, coğrafi mövqeyi, strateji əhəmiyyəti, inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.
Səbail rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, A.Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişaf, həyata keçirilən yeni layihələr, o cümlədən rayonda görülən işlərdən danışıb. O, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən danışan A.Əsgərov Səbail rayon İcra Hakimiyyəti ilə rayonda və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx əməkdaşlıq əlaqələri, Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirlər barədə məlumat verib.
Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Valeri Smirnov Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Rusiyanın və Azərbaycanın Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Vladimir Çernenko, “Dağıstan” hərbi gəmisinin komandiri, II dərəcəli kapitan Vüsal Miriyev səfərin əhəmiyyətini qeyd edib, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Şahin Məmmədov “Dağıstan” və “Qrad Sviyajsk” gəmilərinin Bakıya gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Sonra qonaqlar Səbail rayonunun görməli yerləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

