/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib
15.11.2014 [11:22]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib.
AzərTAc xəbər verir ki, Leyla Əliyeva Azərbaycanın əlverişli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, həmçinin münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Eyni zamanda, təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işlər və müşahidə olunan inkişaf prosesləri diqqətə çatdırılıb, 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bildirilib ki, Qafqazın nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bu xüsusda, IDEA İctimai Birliyinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” layihəsi çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.
Bununla yanaşı, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.
Leyla Əliyeva çıxışında, həmçinin IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə məlumat verib.
Çıxışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmiz barədə və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.
Sessiyada çıxış edənlər sırasında Cənubi Afrika Respublikasının keçmiş Prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandelanın nəticəsi Luvuyo Mandela təcrübə mübadiləsi aparılmasının və mühafizə olunan ərazilərin, o cümlədən qoruqların genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Beynəlxalq Qoruqçular Federasiyasının prezidenti Şon Vilmor çıxışında təbiətin mühafizəsində qoruqçuların xüsusi roluna və təhlükəli işinə diqqət yönəldərək, onlara bu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım Culiya Marton-Lefevre ilə görüşdə Leyla Əliyeva təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizdə və regionda təbiətin mühafizəsi, Qafqaz regionunun zəngin flora və faunasının qorunması, təhlükə altında olan vəhşi təbiətin, o cümlədən nadir heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Leyla Əliyeva IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən IUCN ilə həyata keçirdiyi birgə layihələri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xanım Marton-Lefevre IDEA-nın fəaliyyətinin nümunəvi olduğunu deyib və həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. IUCN-in baş direktoru, həmçinin IDEA tərəfindən təbiətin mühafizəsi səylərinə mütəmadi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra Leyla Əliyeva Məhəmməd Bin Zayed Mühafizə Fondunun baş direktoru, Abu-Dabi Ətraf Mühit Agentliyinin baş katibinin müşaviri Frederik Launay ilə görüşüb.
Leyla Əliyeva Frederik Launaya əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar, təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizin, həmçinin Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti barədə məlumat verib.
Frederik Launay Səudiyyə Ərəbistanı yarımadasında təbiətin və ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq IDEA İctimai Birliyinin fəaliyyətinin Azərbaycan və ümumən region üçün əhəmiyyətli olduğunu qeyd edib.
Hər iki görüşün nəticəsi olaraq, əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

