/ / Azər Qasımov: Psakini çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram
Azər Qasımov: Psakini çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram
03.12.2014 [09:47]
Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin ölkəmiz barədə qərəzli və heç bir reallığa söykənməyən fikirləri ilə bağlı APA-ya müsahibə verib.
- ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsinə münasibətiniz necədir?
- Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti sözçüsünün bəyanatı ilə bağlı əvvəla onu demək istərdim ki, xanım Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə əlaqədar qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Ona görə də onun Azərbaycanla bağlı dünən söylədiyi fikirlər məndə bir o qədər də təəccüb hissi doğurmur. Guya, Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin.
Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır. Ferqyusonla bağlı bu yaxınlarda ABŞ-ın onlarla şəhərində baş vermiş hadisələr bir daha bunu aydın şəkildə nümayiş etdirdi.
Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri nümayəndələri obyektiv fikir söylədiklərinə görə böyük təzyiqlərə məruz qalır, hətta işdən çıxarılır. ABŞ-da fundamental insan haqlarının pozulması və azadlıqlara məhdudiyyət qoyulması ilə bağlı çox faktlar gətirmək olar.
Azərbaycana gəldikdə isə, ölkəmizin 20 ildən bir az artıq müddətdir ki, müstəqillik əldə etməsinə və Ermənistanın təcavüzü ilə bağlı müharibə şəraitində yaşamasına baxmayaraq, demokratik inkişaf yolunda çox böyük uğurlar əldə edilmişdir və Azərbaycan hökuməti bu istiqamətdə səylərini daim artırmaqdadır.
Bir daha xanım Psakini bu faktları danmamağa və ümumiyyətlə, öz çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

