/ / Azər Qasımov: Xədicə İsmayılova ilə bağlı reaksiyalar müəyyən dairələrin apardığı anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir
Azər Qasımov: Xədicə İsmayılova ilə bağlı reaksiyalar müəyyən dairələrin apardığı anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir
09.12.2014 [10:04]
İndiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən, hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamenti, “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı qərəzli və heç bir reallığa söykənməyən bəyanatları ilə əlaqədar APA-ya müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.
- ABŞ Dövlət Departamenti, “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibətiniz necədir?
- Adlarını sadaladığınız bu qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri əvvəla heç bir reallığı əks etdirmir, ikincisi də hər hansı bir beynəlxalq qurum tərəfindən ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verilməyib. Onu da deyək ki, sadaladığınız qeyri-hökumət təşkilatlarının ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər.
Qeyd etmək istərdim ki, ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən, Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq-aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir.
Götürək elə təcavüzkar Ermənistanı. Bu ölkədə insan haqları və azadlıqlarının kobud şəkildə pozulması adi hala çevrilib. 2008-ci il prezident seçkiləri zamanı müxalifət nümayəndələri dinc etiraz nümayişinə çıxarkən polis tərəfindən 10 nəfər öldürülmüş, 200 nəfər insan isə müxtəlif dərəcəli xəsarət almışdı. Ermənistanda total şəkildə saxtalaşdırılan son seçkilər zamanı müxalifət namizədlərindən birinə qarşı terror aktı həyata keçirilmişdi. Bütün bunlara ABŞ Dövlət Departamenti tərəfindən demək olar ki, heç bir reaksiya verilməmişdi. Bu, ikili standartın əyani göstəricisidir.
Azərbaycanla bağlı mütəmadi olaraq əsassız və qərəzli bəyanatlar verməkdənsə ABŞ Dövlət Departamenti yaxşı olardı ki, diqqətini öz ölkəsində irqi ayrı-seçkilik, dinc nümayişçilərə, hətta yeniyetmə və azyaşlı uşaqlara qarşı polis zorakılığının törədilməsi, məhkəmə qərarları olmadan insanların həbs edilməsi və demək olar ki, hər gün baş verən bu kimi hadisələrə yönəltsin. Elə götürək, bütün dünya Ferqyuson hadisələri ilə bağlı ABŞ-ın müxtəlif ştatlarında dinc nümayişə çıxmış insanlara qarşı törədilən zorakılığı izlədiyi zaman heç bir müqavimət göstərməyən insanın hamının gözü qarşısında polis tərəfindən boğulub öldürülməsi ilə bağlı dəhşətli video faktı.
Qeyd etdiyim kimi, ABŞ-da kütləvi informasiya vasitələrində söz və fikir azadlığı, jurnalistlərin fəaliyyəti ilə bağlı da ciddi problemlər mövcuddur. Bir neçə fakt göstərmək istərdim. ABŞ hüquq mühafizə orqanları tərəfindən informasiya mənbələrinin açıqlanması ilə bağlı sorğuların sayı durmadan artır. Hətta informasiya mənbəyini açıqlamayan jurnalistlər böyük məbləğdə cərimə olunur və yaxud da cinayət məsuliyyətinə cəlb edilirlər. Misal üçün, bloqqer Coş Volf San Fransiskodakı nümayişlərlə bağlı videomaterialları hüquq mühafizə orqanlarına təqdim etmədiyinə görə 2007-ci ildə 226 gün həbs cəzasına məhkum olunmuşdu. 2013-cü ildə “Associated Press” Agentliyinin minlərlə telefon danışığının ABŞ Ədliyyə Departamenti tərəfindən yazılması böyük qalmaqala səbəb olmuşdu. 2014-cü il sentyabr ayında Jurnalistlərin Müdafiə Komitəsi ABŞ Prezidentinə məktub ünvanlayaraq bu ölkənin hüquq mühafizə orqanları tərəfindən sərbəst informasiya yayımına göstərilən təzyiqlə bağlı dərin narahatlıq ifadə etmişdi. Ferqyuson hadisələri zamanı 20-yə yaxın jurnalist polis zorakılığını qeydə aldığına görə həbs olunmuşdu. ABŞ-ın hüquq mühafizə orqanları tərəfindən jurnalistlərin və kütləvi informasiya vasitələrinin elektron yazışmalarının total nəzarətdə saxlanması da jurnalistlərin fəaliyyətinə ciddi maneçilik törədir. Bu cür məqamları çox sadalamaq olar.
Sonda bir daha bildirmək istərdim ki, indiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən, hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb. Azərbaycanda fundamental insan haqları və azadlıqları, eləcə də fikir və söz azadlığı sahəsində qısa bir zaman ərzində çox böyük uğurlara nail olunub və bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

