/ / Azər Qasımov: Cen Psaki Xədicə İsmayılova ilə bağlı on gün ərzində verdiyi iki bəyanatda qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirdi
Azər Qasımov: Cen Psaki Xədicə İsmayılova ilə bağlı on gün ərzində verdiyi iki bəyanatda qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirdi
12.12.2014 [10:18]
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya müsahibə verib:
- ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının sözçüləri, Avropa Şurası və AŞPA rəhbərləri Xədicə İsmayılova ilə bağlı bəyanatla çıxış ediblər. Yenidən məsələyə münasibətinizi bilmək istərdik.
- Mən bir daha bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirirəm.
İqtisadi böhran yaşayan Avropada insan haqlarının tapdalanması, irqi ayrı-seçkilik, faşizm meyillərinin artması, multikulturalizmə qarşı hücumların gücləndiyi bir dövrdə Avropa strukturlarının nümayəndələri beynəlxalq ictimaiyyətin əsas diqqətini öz problemlərindən yayındırmağa çalışırlar.
ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakinin çıxışına gəldikdə isə, onun Xədicə İsmayılova ilə bağlı verilən suallara cavablarına diqqəti yönəltmək istəyirəm. O, on gün ərzində verdiyi iki bəyanatda demək olar ki, bir söz belə dəyişilmədən, yenə də heç bir reallığa əsaslanmayan şablon ifadələr işlətməklə, bir daha öz qeyri-peşəkarlığını nümayiş etdirib. Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində insan haqları və azadlıqları, ümumiyyətlə demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram. İrqi zəmində qarşıdurma, Ferqyuson hadisələri ilə bağlı öz haqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxmış dinc nümayişçilərə qarşı sanki hərbi əməliyyatlar keçirilməsinin, günün günorta çağı heç bir müqavimət göstərməyən insanın polislər tərəfindən boğulub öldürülməsi, hətta uşaq və yeniyetmələrin polislər tərəfindən qətlə yetirilməsi kimi dəhşətli halların biz bu yaxınlarda şahidi olduq.
Ötən dəfə bu məsələlərlə bağlı sualınıza cavab verərkən Amerika Birləşmiş Ştatlarında söz və fikir azadlığı sahəsində vəziyyətin də acınacaqlı olduğunu bildirmişdim. Bu ölkədə kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı təqiblər geniş vüsət alır, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olduqları zaman həbs edilir, hüquq mühafizə orqanları tərəfindən kütləvi informasiya vasitələri əməkdaşlarının telefon danışıqları və internet yazışmaları tam nəzarət altında saxlanılır.
Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatları Senatında təqdim olunmuş sənəddə dünyanı şoka salan dəhşətli faktlardan xəbərdar oldu. Məruzədən göründüyü kimi, ABŞ xüsusi xidmət orqanları tərəfindən işgəncələrin tətbiq olunması uzun illər adi hala çevrilibmiş. ABŞ Dövlət Departamenti öz ölkəsində demokratiyanın və insan haqlarının tapdalanması faktlarını görməzliyə vuraraq mütəmadi olaraq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni süni şəkildə qabardaraq beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqilliyini bərpa edəndən keçən qısa bir dövrdə demokratiyanın və fundamental insan haqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə edib və Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

