/ / Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ötən 11 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşüb
Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ötən 11 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşüb
24.12.2014 [10:03]
“Azərbaycan dövlətçiliyinin xilaskarı Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları daim Azərbaycanın inkişafına xidmət edib. Ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Ulu öndərimizin həm xalqımızın, həm də dövlətimizin qarşısındakı ən böyük xidmətlərindən biri və bəlkə də birincisi, məhz Prezidentimiz İlham Əliyev kimi bir dövlət xadiminin yetişdirilməsi olub”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev dövlət başçısı kimi ötən 11 ildə olduqca mühüm nailiyyətlərə imza atıb. Millət vəkili bildirib ki, məhz Prezident İlham Əliyevin apardığı davamlı siyasət Azərbaycanı böyük bir coğrafiyanın əsas siyasi aktorlarından birinə çevirib: “Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi günü-gündən möhkəmlənib. Həyatımızda baş verən ciddi, müsbət dəyişikliklər Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, parlaq şəkildə davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının daha da yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ötən 11 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşüb: “Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş verib, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bir sözlə, Prezident İlham Əliyevin ötən 11 illik Prezidentliyi dövründə elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Həmçinin, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev bir daha sübut etdi ki, O, Ümummilli lider Heydər Əliyev kursunu tam sədaqətlə davam etdirir”.
M.İbrahimqızı onu da bildirib ki, cənab İlham Əliyevin siyasi fəaliyyəti nəinki yalnız ölkə daxilində, həmçinin, beynəlxalq arenada da diqqət mərkəzindədir. Ölkə başçısının apardığı uğurlu siyasi kurs Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mühüm üstünlüklər qazandırıb: “Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş torpaqlarımızdan çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və fəal diplomatiya həyata keçirməkdədir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Artıq başa çatmaqda olan 2014-cü ildə ölkəmiz bir çox uğurlar qazanıb. Hesab edirəm ki, növbəti illərdə nailiyyətlərimiz daha da artacaq”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

