/ / Amerikalı siyasi icmalçı Raul Kontreras Xocalı qırğını haqqında: “Bu faciəyə yalnız bir ad vermək olar - soyqırım”
Amerikalı siyasi icmalçı Raul Kontreras Xocalı qırğını haqqında: “Bu faciəyə yalnız bir ad vermək olar - soyqırım”
07.01.2015 [09:46]
“The Hill” qəzetində amerikalı siyasi icmalçı Raul Kontrerasın “Böyük Yaxın Şərqdə başqa müttəfiq axtarışında” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə ABŞ-ın müasir xarici siyasətində qarşılaşdığı çətinliklər, mürəkkəb beynəlxalq problemlərin həllində Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı münasibətləri və Birləşmiş Ştatların bu regiondakı etibarlı müttəfiqləri ilə yaxınlaşmasının zəruriliyi haqda söhbət gedir.
Müəllif yazır ki, bəzən ABŞ-ın dünya arenasında maraqlarını təyin etmək çətin olur. Kontreras yazır: “Bu baxımdan ABŞ-ın iki seçimi var - ya Respublikaçılar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizədlərdən biri, Kentukki ştatından olan senator Rend Polun tövsiyə etdiyi kimi, Amerikanı Kanada və Meksika sərhədləri ilə təcrid etmək və dünyanın qalan hissəsini, onun problemlərini və beynəlxalq iqtisadi münasibətlərini unutmaq; ya da elə həmin Respublikaçılar Partiyasından ABŞ prezidenti vəzifəsinə digər potensial namizəd, Florida ştatından olan Marko Rubionun məsləhət gördüyü kimi, bütünlüklə dünya problemlərinin həllinə qoşulmaq lazımdır”.
Müəllif qeyd edir ki, ABŞ dəniz gəmiçiliyi və daşımalar məsələlərində öz maraqlarını, Yaxın Şərqin və onun neftinin qlobal əhəmiyyətini nəzərə alaraq həm bu regionda iştirak etməli, həm də etibarlı dostlarına köməyi təmin etməlidir. Kontreras yazır: “Biz neft hasil edən dost ölkələri daxili və xarici düşmənlərdən qorumalıyıq. Amerika neft ehtiyatlarının dünya bazarlarına nəqlinin müdafiəsi üçün qeyd-şərtsiz məsuliyyət daşıyır”.
İcmalçı daha sonra vurğulayır ki, bu cür mühüm tərəfdaşlardan biri Azərbaycandır. Müəllif “The Hill” qəzetinin oxucularına Azərbaycan haqqında coğrafi məlumat verərək respublikamızın nümayiş etdirdiyi tolerantlıq nümunəsi, ölkə əhalisinin müsəlman çoxluğu ilə sayı 30.000 nəfərə çatan Azərbaycan yəhudilərinin dinc yanaşı yaşaması barədə söhbət açır.
Kontreras vurğulayır ki, Azərbaycan İsrailin idxal etdiyi neftin 50 faizini təchiz edir, özü isə İsraildən silah alır. Müəllif yazır: “1992-ci ildə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal etmiş qonşu Ermənistanla hələ də davam edən münaqişə üzündən Birləşmiş Ştatlar Azərbaycana silah satmır”.
Kontreras Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ilhaq edilməsi mövzusunu davam etdirərək yazır ki, 23 il bundan əvvəl erməni silahlı dəstələri öz müstəqilliyini yenicə elan etmiş, hələ öz ordusu olmayan Azərbaycana hücum edərək ölkə ərazisinin bir hissəsini işğal ediblər. Ermənistan işğal edilmiş ərazilərdə bir milyona yaxın etnik azərbaycanlını öz doğma yurdlarından qovub və Xocalı şəhərinin dinc sakinlərinə qarşı qırğın törədib. Kişilərin, qadınların və uşaqların qətlə yetirilməsi, onların cəsədlərinin eybəcər hala salınması kimi dəhşətli faciənin şahidləri olmuş amerikalı və avropalı jurnalistləri vaxtilə bu qanlı səhnəni təsvir ediblər. Kontreras vurğulayır: “Bu faciəyə yalnız bir ad vermək olar - soyqırım”.
Müəllif yazır ki, Azərbaycan İsraillə olduğu kimi, Birləşmiş Ştatlarla da dostluq münasibətləri saxlamaq istəyir, “lakin Prezident Obama Administrasiyası məntiqi ardıcıllığa məhəl qoymadan İsrailin dostu ilə əlaqə saxlamamağı üstün tutur”.
2013-cü ildə Azərbaycanda Prezident seçkiləri məsələsinə də toxunan Kontreras yazır ki, qərbli müşahidəçilərin məruzələri bir-birinə ziddir, Obama Administrasiyasının bu seçkilərə münasibəti isə müşahidəçilərin yalnız mənfi rəylərinə uyğundur. Müəllif nümunə kimi göstərir ki, müşahidəçilər missiyasında iştirak etmiş ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, Nyu-York ştatından olan Maykl MakMeyxon həmin seçkiləri “düzgün, ədalətli və səmərəli seçkilər” adlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

