/ / Ermənipərəst konqresmenlərin ölkəmizə qarşı olan “arzularına” sevinən bir ermənilərdir, bir də “beşinci kolon”un nümayəndələri
Ermənipərəst konqresmenlərin ölkəmizə qarşı olan “arzularına” sevinən bir ermənilərdir, bir də “beşinci kolon”un nümayəndələri
09.01.2015 [10:03]
Məlum olduğu kimi, həyata keçirilən inkişaf siyasəti nəticəsində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə yaxın tərəfdaş, etibarlı müttəfiq kimi qəbul edilir. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən bu siyasət Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsində mühüm rol oynayıb. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursunun aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir. Məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması və ədalətli mövqeyi Azərbaycanın bütün dövlətlərlə eynidərəcəli münasibətlər qurmasına imkan verir.
Bu gün Azərbaycan, eyni zamanda, bir sıra mühüm beynəlxalq tədbirlərin ev sahibi kimi çıxış edir. Dünyanın əksər böyük dövlətlərinin, təşkilatların rəhbərləri, nümayəndələri məhz bəşəriyyətin qarşılaşdığı problemlərdən çıxış yollarını Bakıda təşkil olunan tədbirlərdə müzakirə edirlər. Bu, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, hər zaman diqqət mərkəzində olmağımızın göstəricisi sayıla bilər.
Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzi məqamlarda Azərbaycanın bu uğurları bir sıra şəxslər və ölkəmizə qarşı olan antimilli mərkəzlər tərəfindən həzm edilmir. Müstəqillik tarixinin az olmasına baxmayaraq mühüm nailiyyətlər əldə etmiş Azərbaycanın iqtisadi-siyasi yüksəlişi və bunun nəticəsində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz ərazi bütövlüyünü təmin etmək istiqamətində əsaslı üstünlük əldə etməsi xüsusilə erməniləri və xaricdəki ermənipərəstləri qıcıqlandırır. Bunun nəticəsidir ki, “beynəlxalq QHT” pərdəsi altında gizlənən təşkilatlar min bir yalanlarla ölkəmizə qarşı təzyiq kampaniyası aparmağa cəhd göstərirlər.
Belə ki, Azərbaycanın dinamik inkişafından, müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bu dairələr “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan istifadə edərək ölkəmizə qarşı öz maraqlarını diktə etməyə çalışırlar. Məsələn, “Freedom House” təşkilatının sabiq prezidenti, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan, hazırda Vaşinqtondakı Makkeyn İnstitutunun baş direktoru Devid Kramer ABŞ mətbuatındakı məqaləsində Azərbaycanda müəyyən şəxslərin qanun pozuntusuna görə məsuliyyətə cəlb olunmasını siyasiləşdirərək bunu demokratiya və insan haqları problemi kimi təqdim etməyə çalışıb. Beləliklə, o, ölkəmizdə hüququn aliliyi prinsipini heçə sayaraq qanun pozuntularına yol vermiş şəxsləri müdafiə edib, bir növ, onların cinayətkar fəaliyyətinə haqq qazandırıb. Bundan başqa, o, Azərbaycana qarşı müəyyən təzyiqlərin göstərilməsi təklifi ilə çıxış edib. Devid Kramer, hətta öz məqaləsində yayda keçiriləcək ilk Avropa Oyunlarını da hədəfə alıb.
Yeri gəlmişkən, ermənipərəstlərin daha bir dəstəkçisi konqresmen Bill Keatinq də cinayətdə təqsirli bilinən bəzi şəxslərin həbsini siyasiləşdirməyə və bundan da manipulyativ şəkildə istifadə etməyə çalışıb. Yenidən özünəməxsus şəkildə “demokratiya” və “insan haqları” ifadələrindən qalxan kimi istifadə etməyə çalışan bu şəxslər, görəsən, nə üçün illərdir ki, işğalçı Ermənistan tərəfindən hüquqları pozulan vətəndaşlarımızın qayğısına qalmağı yada salmayıblar. Maraqlıdır nə üçün istər Kramer, istərsə də Keatinq bir dəfə də olsun işğalçı Ermənistana qarşı hansısa sanksiyaların tətbiqi ilə bağlı “təkliflə” çıxış etməyiblər?
Əslində, bu sualların cavabları məlumdur. Azərbaycanın uğurlarından narahat olan ermənilər bu qüvvələrin əli ilə ölkəmizə qarşı yenidən çirkin kampaniya həyata keçirməyə çalışırlar. Çünki ermənilər və imperialist təfəkkürə malik mərkəzlərə başçılıq edənlər Azərbaycanın müstəqil siyasət yürütməsindən narahatlıq keçirirlər. Bu narahatlıqlarını isə özünəməxsus yalanlarla ifadə etməyə çalışırlar.
Bu fonda təəssüfləndirici hal isə ondan ibarətdir ki, ermənipərəst amerikalı konqresmenlərin, ermənilərin ölkəmizə qarşı apardıqları bu kampaniyanın dəstəkçisi qismində çıxış edənlərin bir qrupunu da hər zaman olduğu kimi, radikal müxalifət düşərgəsi, “beşinci kolon” adlanan xəyanətkar dəstə təşkil edir. Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı az qala sevinə-sevinə ölkəmizə qarşı hansısa qarayaxmanı dəstəklədiyini bildirir. Bu isə onu göstərir ki, “beşinci kolon” sayılan bu xəyanətkar dəstə yenidən erməni “dəyirmanına su tökməkdə” və öz ampluasındadır. Görəsən, bu şəxslər öz mətbu ruporlarında anti-Azərbaycan təbliğatı aparmaqla nəyə nail olacaqlarını düşünürlər? İndiyə qədər Azərbaycanın ərazi bütövlüyü, ermənilərin təcavüzü ilə bağlı istər daxili, istərsə də xarici arealda bir dəfə də olsun danışmayan, amma ermənilərin “hüquqlarının” müdafiəsi ilə bağlı yaxa cıran belələri özlərini hansı millətdən hesab edirlər? Bu, bir daha xalqın maraqlarına, dövlətin mənafeyinə düşmən kəsilən bu zavallı düşərgə üçün ülvi, müqəddəs dəyərlərin olmamasını sübuta yetirir. Vətəndaşlıq mövqeyini, dövlət, millət hisslərini unudan, yalnız ermənilərin verdikləri ianələri düşünən, milli maraqları siyasi alver predmetinə çevirən belələri üçün əsas olan yalnız ermənilərin göndərəcəkləri pullardır. Bu pulun yolunda isə onlar nəinki Kramerin və ya Keatinqin, hətta düşmən erməninin də fikrini açıq dəstəkləyirlər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

