/ / “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihə təqdim edilib
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihə təqdim edilib
29.01.2015 [09:48]
Yanvarın 28-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron layihənin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, müxtəlif qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, mədəniyyətinə dair əhəmiyyətli materialların elektron formatda, internetdə daha çox yayılmasına böyük önəm verdiyini vurğulayıb.
Qeyd olunub ki, Prezident Kitabxanası Vətən tarixi seriyasından “Odlar yurdu Azərbaycan”, “XX əsrin faciəsi - Xocalı soyqırımı”, “Naxçıvan Muxtar Respublikası”, “Təcavüz. 20 Yanvar. 1990”, “İrəvan şəhəri” və digər adlı elektron layihələr hazırlayıb internet istifadəçilərinə təqdim edib. Bu layihələrin əksəriyyəti Azərbaycan, rus və ingilis dillərindədir.
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” layihəsinin də Azərbaycan və ingilis dillərində hazırlandığını diqqətə çatdıran M.Əhmədov vurğulayıb ki, bunda məqsəd ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksəriyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır.
Bildirilib ki, elektron layihədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan ərazilərimizdəki 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası hazırlanıb. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib.
Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini də yox edirlər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edir, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdirirlər.
Sonra layihənin təqdimatı keçirilib.
Bildirilib ki, elektron layihənin “Abidələrimiz” fəslində Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər, Qazax rayonlarında və Qərbi Azərbaycanda (indiki Ermənistan) ermənilərin maddi-mədəniyyət nümunələrimizə qarşı törətdikləri vandallıqlardan bəhs edilir. Layihənin “Fotoittiham” fəslində isə erməni vandalizminin əyani görüntülərini əks etdirən 160-dan artıq şəkil yerləşdirilib. Elektron layihədə diqqətə çatdırılır ki, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) işğal edilib, 20 mindən artıq azərbaycanlı həlak olub, 4 min 866 nəfər itkin və əsir düşüb, girov götürülüb. Layihədə erməni quldurlarının torpaqlarımızda törətdikləri digər cinayətlər barədə konkret tarixi fakt və dəlilləri əks etdirən materiallar da əksini tapıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov mənfur ermənilərin zaman-zaman həyata keçirdikləri işğalçılıq siyasətindən, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb. Qeyd edilib ki, Anadolu türklərinə, azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər dünya ictimaiyyətini çaşdırmaq məqsədilə qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirmək istəyirlər.
Erməni vandalları tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi və memarlıq abidələrimizin büsbütün dağıdıldığı, talan edildiyi diqqətə çatdırılıb.
Təqdim edilən elektron layihənin əhəmiyyətindən söz açan Y.Mahmudov deyib ki, erməni vəhşiliklərini əks etdirən məlumatlar dünya ictimaiyyətinə daha ətraflı çatdırılmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, əslində soyqırımını törədənlər qəsbkar ermənilərdir.
Y.Mahmudov ermənilərin işğal altında saxladıqları torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.
Digər çıxış edənlər də məkrli erməni siyasəti nəticəsində tarixdə baş vermiş qanlı cinayətlərdən söz açıb, layihə ilə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

