“The Washington Times”: Azərbaycan ABŞ və azad dünya üçün niyə vacib ölkədir?
30.01.2015 [10:03]
“The Washington Times” qəzetində ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq üzvü Dan Burtonun “Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?” sərlövhəli məqaləsi dərc edilib.
Keçən il Azərbaycanın müstəqilliyinin bərpasının 23-cü ildönümünün qeyd edildiyini yazan müəllif belə bir sual verir: “Dünyanın həssas bir hissəsində yerləşən bu ölkə ABŞ üçün niyə önəmlidir?”
Məqalədə bildirilir ki, Azərbaycan ABŞ-ın mühüm dostlarından biridir və regionda sabitləşdirici qüvvədir. Azərbaycanla əlaqələrin nə qədər vacib olduğunu göstərmək üçün çoxlu səbəblər sadalamaq olar.
Müəllif vurğulayır ki, əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycan dini tolerantlığa və qarşılıqlı anlaşmaya sadiq olduğunu nümayiş etdirib. İnklüziv cəmiyyət quruculuğunu daxili siyasətinin prioriteti hesab edən bu ölkənin Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub. Azərbaycanda siyasi, irqi, dini, etnik, milli və s. ayrı-seçkilik və bu amillərə görə təqib qadağandır. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı demişdi ki, Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir. Düzdür, Azərbaycanda tolerantlığın tarixi qədimdir, lakin 23 illik müstəqilliyi dövründə ölkədə bununla bağlı mühüm işlər görülüb.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Sovet İttifaqının planlaşdırılmış sosialist iqtisadiyyatından müasir bazar iqtisadiyyatına keçib. Bu ölkənin güclü iqtisadiyyatı vətəndaşların rifahını yaxşılaşdırmağa və gələcək nəsillərin uğurlarına yol açmağa istiqamətlənib.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı və hökuməti dini tolerantlıq, azad bazar, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi standartlarına sadiqdir. Müəllif gender bərabərliyini buna misal olaraq göstərir və xatırladır ki, Azərbaycan hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl qadınlara seçib-seçilmək hüququ verib.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından bəhs edən Dan Burton ölkəmizin NATO-nun tərəfdaşı, Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırır. Həmçinin, 2011-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu vurğulayır.
Məqalədə qeyd edilir ki, Azərbaycan və Birləşmiş Ştatlar ümumi dəyərlərə əsaslanan güclü tərəfdaşlıq münasibətləri qurublar. Rəsmi Vaşinqton Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qiymətləndirməlidir.
Müəllifin fikrincə, ümumi dəyərlərə və məqsədlərə çağırışların davam etdiyi bir vaxtda ABŞ rəsmiləri Azərbaycan xalqını, rəhbərliyini dini tolerantlığa, azadlığa və demokratiyaya sadiqliyə görə təbrik etməlidir. ABŞ və dünyanın başqa ölkələrinin Azərbaycan kimi dostlara ehtiyacı var.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

